• Çobanyastığı çiçəyinin faydaları

Reseptin məlumatları Baxış sayı: 7248

Tarix : 10.05.2015, 13:00

Bölmə : Faydalı bitkilər


Çobanyastığı bitkisi və çiçəyi
Yol kənarlarında və boş ərazilərdə öz-özünə yetişən xoş qoxulu sarı-ağ rəngdə çiçəklər açan bir bitkidir.

Çobanyastığının faydaları
İştahı açır. Sinirləri sakitləşdirir, eləcə də baş və bel ağrısına xüsusi ilə müsbət təsir göstərir, ağrıları sakitləşdirir. Diş ağrısına da faydalıdır.Bədənə rahatlıq verir. Sidik artırıcıdır. Hərarəti azaldıcı və mikrob öldürücü xüsusiyyətə malikdir. Mikrob öldürücü təsiri daha çoxdur. Dişəti, ağız, boğaz və badamcıq iltihablarında qarqara etmək ,dəmləməsi ilə yaralar və babasildə sağrı nahiyəsi yuyulur.Bu həm mikrobları öldürür, həm də yaranın sağalmasını tezləşdirir.Əlavə olaraq ağrıları azaldır, faydalıdır.

Çobanyastığı dəmləməsi bağırsaq qazlarını da müsbət təsir edir(südlə birgə içmək daha yaxşıdı). Spazmı aradan qaldırır.Bağırsaqlardan qaz çıxarma xüsusiyyəti olduğu üçün xüsusilə də qastrit və mədə xorası zamanı çox faydalı olan çobanyastığı xəstəliyin sağalmasını tezləşdirir.
Çobanyastığının çayı, yağı tibbdə çox istifadə edilir. Çobanyastığı çayı dərini təmizləmək ve fərahlandırmaq üçün faydalıdır. Bu çayla gözə kompres etmək gözdəki şişkinliyi aparır. Çobanyastığı suyu, yəni dəmləməsi ilə vanna qəbul etmək bədənin dərisinə mikroböldürücü təsiriylə bərabər dərini təzələr.Saçları bu dəmləməylə yumaq parlaqlıq verər.

Çobanyastığı yağı ağrıların müalicısində də istifadə olunur. Əsasəndə uşaqların qarın nahiyəsindəki sancı, ağrı (ağrı əsasən köp zamanı olur)zamanı çobanyastığı yağı isidilir və əllə qarın nahiyəsi yüngül masaj edilir. Bunu ağrı olmayan zaman da etmək olar faydası var, amma ziyanı yoxdu. Çobanyastığını qaynadıb buxarı ilə tənəffüs etmək soyuqdəymə və sinusitdə (burun ciblərinin iltihabı deməkdir) xeyirlidir.

Etiketlər: Çobanyastığı, etmək, faydalıdır, zamanı, dəmləməsi, təsir, tezləşdirir, nahiyəsi, öldürücü, qarın, sağalmasını, sakitləşdirir, müsbət, çobanyastığı, edilir, istifadə, Çobanyastığının, dərini
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
arzum-aysum
bizim heyetimiz basdan ayaga cobanyastigidi
21 may 2015 20:07
1
BİZİ İZLƏYİN




Yandex.Metrica