• Reyhanın bilinməyən faydaları

Reseptin məlumatları Baxış sayı: 18 116

Tarix : 31-05-2015, 16:00

Bölmə : Faydalı bitkilər


Sağlamlığın keşiyində dayanan qədim və populyar bitkilərdən biri də reyhandır. Bu göyərti həm kulinariyada, həm də dərman və kosmetik vasitələrin istehsalında istifadə edilir. Dünyanın bir çox ölkələrində reyhan "müqəddəs bitki" hesab edilir.

Bəzi məlumatlara görə, reyhanın vətən İrandır. Lakin hazırda bu yumşaq, birillik bitki Orta Asiyada, Uzaq Şərqdə və Qafqazda geniş yayılıb. Hətta Hindistanda reyhana poetik misralar qoşurlar, onu "krallara layiq ətirli bitki" hesab edirlər. Bu günə qədər hesab edilir ki, bu bitkinin ətri sinir sisteminin möhkəmlənməsinə və zehni fəallığın artmasına kömək edir.

Onu da qeyd edək ki, reyhanın müxtəlif növləri var. Məsələn, Aralıq dənizi reyhanı, Asiya reyhanı, limonlu reyhan, ağ reyhan, bənövşəyi reyhan və. Lakin biz adətən ətirli yaşıl və ya bənövşəyi rəngdə olan reyhandan istifadə edirik.

Reyhan - əsl super göyərtidir. Çünki onun tərkibi faydalı mikroelementlərlə zəngindir. Məlumdur ki, bu ətirli bitkinin tərkibində efir yağları çoxdur. Məhz bu amil onun dəyərli xüsusiyyətlərini artırır. Məsələn, reyhanın tərkibindəki kamfora yağı ürəyin işini stimullaşdırır və nəfəsi bərpa edir.

Bu bitki C, B2, PP vitaminləri, karotin, mineral maddələrlə zəngindir.

Maraqlıdır, super bitki insan orqanizminə necə təsir göstərir?

Birincisi, reyhan antiseptik və yara sağaldıcı xüsusiyyətlərə malidir. İkincisi, onun tərkibindəki C və P vitaminləri qan damarlarının divarlarının möhkəmləndirir. Üçüncüsü isə onun tərkibindəki A vitamini dərinin, saçın və dırnaqların keyfiyyətini yaxşılaşdırılmasında rol oynayır.

Reyhan və meteorizmlə, mədə-bağırsaq xəstəlikləri ilə mübarizədə geniş istifadə olunur, onun tərkibindəki enzimlər orqanizmdə yağların yandırılmasına və beləliklə də arıqlamağa kömək edir. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, reyhanın kalorisi çox azdır. 100 qr reyhanda 27 kalori var. Ona görə də reyhanı salatlara və şorbalar əlavə etməkdən çəkinməyin. Onu da qeyd edək ki, 100 qram qurudulmuş reyhanın kalorisi yüksəkdir, 251 kalori.
Etiketlər: bitki, reyhan, reyhanın, tərkibindəki, hesab, ətirli, istifadə, reyhanı, edilir, kömək, Məsələn, geniş, bənövşəyi, Lakin, bitkinin, Reyhan, kalorisi, kalori, zəngindir, vitaminləri
BİZİ İZLƏYİN