• Gənəgərçək yağının faydaları

Reseptin məlumatları Baxış sayı: 13755

Tarix : 27.05.2015, 14:00

Bölmə : Faydalı bitkilər




Gənəgərçək yağı tam təbii vasitədir. Bu yağ gənəgərçək ağacından istehsal olunur.

Gənəgərçək yağı həqiqətən yaxşı işlədici təsirinə malikdir. Yağ bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Böyüklər üçün doza — 2-3 xörək qaşığı gənəgərçək yağı. Yağın təsiri 2-6 saatdan sonra baş verir. Lakin bütün digər işlədici vasitələr kimi, gənəgərçək yağından da tez-tez istifadə etmək olmaz. Bu bağırsaqları «tənbəl» edəcək. Qəbizliyin səbəbini təyin edib aradan qaldırmaq lazımdır.

Gənəgərçək yağı yarasağaldan və iltihabəleyhinə təsirinə malikdir. Bu səbəbdən bu yağ müxtəlif dəri zədələnmələri, kəsiklər, yanıqlar, yaralar zamanı istifadə oluna bilər.

Gənəgərçək yağı babasil zamanı da istifadə olunur (gün ərzində bir neçə dəfə düyünlərin üzərinə çəkilir).

Gənəgərçək yağı soyuqdəymə, öskürək, bronxit zamanı istifadə olunur. Axşam yatmazdan əvvəl isti suda bir qədər qızdırılmış gənəgərçək yağı xəstənin sinəsinə və ayaqlarına çəkilir (daha sonra ayaqlara pambıq corab geyinmək lazımdır).

Əl və ayaqların dərisi quru, nahamar olduqda və qabıq verdikdə gənəgərçək yağı ilə olan bürünmələr dərini yumşaq və elastik edir. Bunun üçün əl və ayaqlara gənəgərçək yağı sürtmək, sellofan plyonka ilə bükmək və pambıq əlcək və corablar geyinmək lazımdır. Ən yaxşı variant bunu yatmazdan əvvəl etmək və bürünmələri səhərə kimi saxlamaqdır. Belə bürünmələri 10 gün ərzində etmək lazımdır.

Ziyillərə gənəgərçək yağı sürtəndə, ziyillər tez bir zamanda yox olur.

Gənəgərçək yağı dəri, saç və kirpiklər üçün olduqca faydalıdır.

Gənəgərçək yağı dərini nəmləndirir, cavanlaşdırır, dərini daha elastik edir, xırda qırışları yox edir.

Qidalandırıcı maska: 2 çay qaşığı gənəgərçək yağı, 1 çay qaşığı sürtgəcdən keçirilmiş çiy kartof, 1 xörək qaşığı süd, 1 yumurtanın sarısı. Maskanı yaxşı qarışdırmaq və təmiz üz dərisinə çəkmək lazımdır. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.

Yağlı dəri üçün ağardıcı maska: 2 çay qaşığı gənəgərçək yağı, 2 çay qaşığı kəsmik, 1 çay qaşığı limon şirəsi yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maska üz dərizini ağardır, piqment ləkələrini daha az görünən edir, dəri məsamələrini yığır.

Gənəgərçək yağı saçların vəziyyətinə çox müsbət təsir edir — möhkəmləndirir, daha elastik və canlı edir.Saç üçün maska: 1 xörək qaşığı gənəgərçək yağı, 1 xörək qaşığı küncüt yağı, 1 xörək qaşığı ayıpəncəsi yağı yaxşı qarışdırılır, isti suda bir qədər qızdırılır və saçların diblərinə massaj hərəkətləri ilə sürtülür.

Gənəgərçək yağı kirpiklər və qaşlar üçün də çox xeyrlidir. Kiçik təmiz fırça ilə (tuş fırçasından istifadə etmək olar) gənəgərçək yağını kirpiklərə və qaşlara sürtün. Bir müddət keçdikdən sonra kirpik və qaşlarınız daha sıx olacaq.

Etiketlər: gənəgərçək, qaşığı, Gənəgərçək, yaxşı, xörək, lazımdır, istifadə, sonra, etmək, çəkilir, zamanı, təmiz, maska, elastik, olunur, dərini, qədər, dərisinə, əvvəl, saçların
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
arzum-aysum
men saclarima vururam tez tez. cox gozel edir saçlarımı, hem parlayır, hem de guclendirir
30 may 2015 13:03
1
BİZİ İZLƏYİN