• Sizlərə portağal qabığının faydaları

Reseptin məlumatları Baxış sayı: 14 796

Tarix : 28-05-2015, 18:00

Bölmə : Faydalı bitkilər


Sizlərə portağal qabığının faydalarını təqdim edirik:
Portağal qabığının sellüliti aradan qaldırmaqda, otaq qoxusunu yox etməkdə və dəri təmizliyinə qədər bir çox faydası var.

Qabyuyan maşında istifadə edin:
Qabyuyan maşında pis qoxuları və daşlaşmanı aradan qaldırmaq üçün çəngəl-qaşıq hissəsində 2-3 ədəd portağal qabığı qoyun.

Yuma prosesi qurtaranda maşının qapağını açarkən gözəl qoxular gələcək.

Təbii otaq qoxusu hazırlayın:
Portağal qabığını istilik sistemlərinin, ya da sobanın üstünə qoyub otaq qoxusunu dəyişə bilərsiniz.

İstiliklə birlikdə portağalın unudulmaz qoxusu evə yayılacaq.

Özünüz üçün rahatlıq yarada bilərsiniz:
Portağal qabığını darçınla, mixəklə qarışdırıb tavada qoxusu çıxana qədər qovurun.

Sonra bu qarışığı qəşəng bir boşqaba töküb salona gətirin və şamların üzərinə yerləşdirin.

Siz çayınızı içərkən gözəl qoxularla ruhunuzu rahatlanacaq.

Dərini təmizləyin:
Qışda quruyan dərinizi nəmləndirmək və təmizləmək üçün portağal qabığından faydalanın.

Çünki içərisində dəriyə faydalı olan kalium, zülal, B və E vitaminləri var.

Portağal qabığını rəndələyin və bir az toz şəkərlə qarışdırıb üz və boyun hissəsinə dairəvi hərəkətlərlə masaj edərək yediridin.

Sonra ilıq su ilə yaxalayın.

Bitki çayınızı zənginləşdirin:
Yaşıl çay, ağ çay, cökə kimi sağlamlıq anbarı olan bitki çaylarının dadını və keyfiyyətini portağal qabığı ilə artıra bilərsiniz.

Bitki çayını dəmlədikdən sonra çaydana bir neçə ədəd portağal qabığı əlavə edin.

Bu dadı çox sevəcəksiniz.
Etiketlər: portağal, Portağal, qabığı, bilərsiniz, qoxusu, qabığını, qədər, qarışdırıb, maşında, çayınızı, Qabyuyan, qoxusunu, Bitki, aradan, gözəl, qabığının, Sonra, qabığından, Çünki, faydalanın
BİZİ İZLƏYİN