• Tərəvəzlərin müalicəvi əhəmiyyəti

Reseptin məlumatları Baxış sayı: 29 152

Tarix : 4-06-2014, 23:09

Bölmə : Faydalı bitkilər


Keşnişin tərkibində efir yağı, az miqdarda C və K vitaminləri, boyayıcı maddələr vardır. Şirəsi hipertoniya, diabet xəstəliyi, öskürəkdə, sarılıq xəstəliyində müalicə məqsədi ilə içilir. Təzə gül açmış keşnişin suyunu qızılcaya tutulmuş uşaqlara içirdirlər və xəstəliyin yüngül keçməsinə kömək edir.
Tərəvəzlərin müalicəvi əhəmiyyəti

Reyhan qan azlığında, xroniki mədə-bağırsaq xəstəliklərində, avitaminozlarda, böyrək və sidik yolları iltihabında yaxşı təsir göstərir.
Tərəvəzlərin müalicəvi əhəmiyyəti

Şüyüd qarın köpməsində, mədə-bağırsaq pozğunluğunda, eləcə də bəlğəmgətirici kimi istifadə olunur.
Tərəvəzlərin müalicəvi əhəmiyyəti

Kələm yarpaqlarında şəkər, toxuma karotin, B1, B2, P, D, K, İ vitaminləri, həmçinin montil-metinonil, sulfon və maqnezium duzu, gül kələmində isə karotin, B1, B2, C, K vitaminləri, fole dəmir və kalsium duzları vardır. Kələm yarpağının şirəsinin çuğundur, turp və yerkökü şirəsi ilə qarışığı vərəm xəstəliyinin müalicəsində işlədilir. Turş kələm piylənmənin qarşısını alır, şəkər xəstəliyinin ilk fazasında yaxşı təsir göstərir.
Tərəvəzlərin müalicəvi əhəmiyyəti

Nanə yarpağının tərkibində iki faizə qədər efir yağı, aşı maddəsi və müxtəlif üzvi turşular olur. Nanədən xalq təbabətində "nanə cövhəri" və "nanə suyu" formasında mədə xəstəlikləri zamanı, qarın köpü, qarın ağrısı vaxtı istifade edilir.
Tərəvəzlərin müalicəvi əhəmiyyəti

Pomidor tərkibində şəkər, müxtəlif turşular, yod, karotin, B1, B2, C, və K vitaminləri çoxdur. Mədə-bağırsaq xəstəlikləri zamanı, ateroskleroza qarşı və ürək-damar sistemi xəstəliklərində faydalıdır.
Tərəvəzlərin müalicəvi əhəmiyyəti

Soğanın tərkibində fitonsidlər, lumu və alma turşuları, karotin, B1 və C vitaminləri, yod çoxdur. Soğan şirəsindən xalq təbabətində mədə-bağırsaq xəstəliyində, zökəmdə, vitamin azlığında, həmçinin qurd qovucu dərman kimi istifadə edilir.
Tərəvəzlərin müalicəvi əhəmiyyəti

Tərxun xalq təbabətində iştah açmaq üçün, diş ətinin iltihabında, diş ətindən qanaxma olduqda müalicə vasitəsi kimi işlədilir.
Tərəvəzlərin müalicəvi əhəmiyyəti


Xiyar
suyu xalq təbabətində sidik qovucu, sərinləşdirici, hərarət salıcı, sinəyumşaldıcı, həmçinin mədəaltı vəzinin xəstəliyində mualicə vasitəsi kimi işlədilir.
Tərəvəzlərin müalicəvi əhəmiyyəti

Etiketlər: vitaminləri, karotin, bağırsaq, təbabətində, tərkibində, xəstəliyində, həmçinin, şəkər, işlədilir, qarın, xəstəlikləri, qovucu, çoxdur, edilir, Kələm, xəstəliklərində, azlığında, sidik, zamanı, yarpağının
BİZİ İZLƏYİN