• Azərbaycanda yetişən bu bitki 1001 dərdin dərmanıdır

Reseptin məlumatları Baxış sayı: 16952

Tarix : 26.06.2015, 14:00

Bölmə : Faydalı bitkilər


Tovuzun dağlıq ərazilərində bitən qulançar bitkisi artıq yetişib. Sakinlər kolların arasından çətinliklə yığılan bu bitkini artıq bazarlara da çıxarıblar. Həm dadı, həm də faydası ilə seçilən qulançarın qiyməti isə heç də ucuz deyil.
Tovuz rayonunun Əlibəyli, Yuxarı Öysüzlü kəndlərinin sakinləri may ayının ortalarına qədər qulançarın həm yığımı, həm də satışı ilə məşğul olurlar. Onlar səhər saatlarından etibarən dağlıq ərazilərə gedir və kolluqlardan qulançar toplayırlar. Sakinlər deyir ki, qulançardan hazırlanan təamlar quzu ətindən də dadlı olur. Elə qiyməti də quzu ətinə bərabərdir.
Azərbaycanda 9 növü bitən qulançardan həm dərman bitkisi kimi istifadə edilir, həm də müxtəlif xörəklər və salatlar hazırlanır. Bitkiyə Gəncə-Qazax bölgəsində qulançar, Qarabağ və Naxçıvan MR-nın rayonlarında isə mərəçüyüd deyilir.


Etiketlər: qulançar, Sakinlər, qiyməti, qulançardan, artıq, qulançarın, dağlıq, bitkisi, bitən, dadlı, ətinə, Azərbaycanda, dərman, ətindən, bərabərdir, hazırlanan, gedir, ərazilərə, kolluqlardan, toplayırlar
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN