• Küncütün faydaları və zərərləri

Reseptin məlumatları Baxış sayı: 82 631

Tarix : 3-07-2015, 18:00

Bölmə : Faydalı bitkilər


Küncüt bitkisi.
Küncüt (susam) Asiya, Avropa, Anadolu və xüsusilə də Hindistanda yetişən kiçik bir bitki və bu bitkinin sarımtıl toxumlarına verilən addır.

Küncütün faydaları.
Yağ nisbəti və enerji dəyəri çox yüksək bir qida olan küncüt zülal, kalsium, maqnezium, potasyum minerallar və B vitaminləri baxımından çox zəngindir. Bol miqdarda yağ daşıyan bir bitki olub, ağız yoluyla alındığında işlətmə dərman effekti verir. Yaralar və sərtliklər üzərinə məlhəm kimi sürtüldüyü kimi dərman istehsalında qatqı maddəsi olaraq da istifadə edilmişdir.

Bədənə enerji verir. Cinsi gücü artırır. Tənəffüs yolu xəstəliklərinə qarşı faydalıdır. Sinəni yumşaldaraq nəfəs darlığı və bronxitə yaxşı gəlir. Antioksidant təsiri var. Xərçəngə qarşı qoruyucudur.

Küncüt necə istifadə edilir?
Küncüt toxumları simit və peçenyelərin üzərinə səpilir ki, bu da şirniyyatlara xüsusi ləzzət verir. Qovurğa hazırlayarkən buğda, küncüt, noxud, araxis, fındıq və s. qovrulur, duz vurulur, bir yerə qatılır və Novruz süfrələrimizi bəzəyir. Küncüt əzilərək tahin əldə edilir ki, bundan da tahin halvası bişirilir.

Küncüt yağı.
Küncüt toxumları mexaniki əzilərək küncüt yağı əldə edilir. Küncüt yağı boğaz sərtliyinə və öskürəyə qarşı çox faydalıdır. Küncüt yağı, reyhan suyu və zeytunyağı ilə qarışdırılıb qaynadıldığı zaman əldə edilən maye, saçları möhkəmlədir.

Xalis küncüt yağı aybaşı qanaxmasını çoxaldır, ana bətnindəki uşağın düşməsinə də köməkçi olur, əqrəb sancmasına qarşı da faydalıdır.

Ağız yoluyla alındığı və ya xaricdən məlhəm kimi sürtüldüyü zaman, bədəndə quruluqdan meydana gələn buruqluğa qarşı çox faydalıdır, sərt şişlikləri yumşaldır, üzdə və başda çıxan sızanaqlara da çox yaxşı xeyir verir.

Küncütün zərərləri.
Küncüt allergik qidalardan biridir. Avropa Birliyi ölkələrində və Kanadada tərkibində küncüt olan məhsulların üzərində allergiya xəbərdarlıq yazısı mütləq yazılır. Küncüt proteinlə zəngin olduğu üçün allergiyaya səbəb ola bilər.Allergiyalı və ya ailəsində allergiyaya meyllilik olan uşaqların küncütdən istifadə etməsi çox təhlükəlidir. Küncüt allergiyasının əlamətləri: qusma, qaşıntı, başgicələnmə, öskürək, tıxanıqlıq, ishal, asqıraq, burun axıntısı...Bu ilkin əlamətlər küncüt yedikdən 1 saat sonra ortaya çıxır və 24 saat davam edir. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır.

Dünya ölkələrində küncütün uşaqların qidasına daxil edilməsi haqqında fərqli fikirlər var. Məsələn,İngiltərədə 6 aydan sonra, ABŞ-da 8 aylığında uşağa küncüt verilir. Ümumiyyətlə, 1 yaşdan aşağı uşaqlara qətiyyən küncüt vermək olmaz.
Etiketlər: Küncüt, küncüt, qarşı, verir, faydalıdır, istifadə, zaman, edilir, əzilərək, ölkələrində, enerji, tahin, mütləq, yoluyla, məlhəm, üzərinə, allergiyaya, sonra, dərman, Avropa
BİZİ İZLƏYİN