• Kişmişlə qara ciyərin və bağırsaqların təmizlənməsi

Reseptin məlumatları Baxış sayı: 12401

Tarix : 1.08.2015, 12:00

Bölmə : Faydalı bitkilər




Kişmiş qara ciyər üçün çox faydalıdır. Kişmiş qara ciyəri təmizləyir, onun fəaliyyətini yaxşılaşdırır, durğunluq proseslərini azaldır.

Həmçinin kişmiş bağırsaqların də fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, bağırsaqlarda yığılan ziyanlı maddələrinin xaric olunmasını sürətləndirir.

Qara ciyərin və bağırsaqların kişmişlə təmizlənməsi ən effektli üsullardan biri sayılır.

1 ovuc kişmiş götürüb yaxşı təmizləyirik, yuyuruq və səhərdən növbəti günün səhərinə kimi (1 gün ərzində) 1 stəkan ilıq qaynanmış suda isladıb otaq temperaturunda saxlayırıq. Səhər acqarına suyu içirik və kişmişi yeyirik. Daha sonra sağ böyür altına isti qrelka qoyub 1 saat ərzində uzanırıq. (Öd daşı xəstəliyindən əziyyət çəkən insanlar üçün bu üsul uyğun gəlmir.)

Belə proseduru həftədə 3 dəfə etmək lazımdır. Müalicə kursu - 1 ay. Daha sonra 1 ay fasilə verin və müalicəni təkrar edin.

1 ay ərzində mümkün qədər çox qidalı liflərlə zəngin olan meyvə-tərəvəz (alma, portağal, kök, kələm, çuğundur və s.) yemək və hər gün 2 litr təmiz su (qaynanmış yox, butulkalarda) içmək lazımdır. Qızardılmış, yağlı, duzlu, marinada qoyulmuş, hisə verilmiş qidaları qidalanmadan çıxardın. Bu təmizləmə prosesini daha da effektli edəcək.
Etiketlər: ərzində, yaxşılaşdırır, Kişmiş, bağırsaqların, kişmiş, fəaliyyətini, qaynanmış, sonra, effektli, lazımdır, fasilə, kursu, təkrar, qədər, mümkün, Müalicə, müalicəni, verin, proseduru, çəkən
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN