• Qoz - beyin dostu

Reseptin məlumatları Baxış sayı: 15 106

Tarix : 19-02-2016, 15:00

Bölmə : Faydalı bitkilər


Qoz həm təzə, həm də quru hal-da istifadə oluna bilir. Tortlara, ətli yeməklərə, plovlara, makoronlara və s. yeməklərə qatılaraq onların ləzzətini artırır. Bütün dünya mətbəxlərində olduğu kimi, Azərbaycan mətbəxində də özünə geniş yer alan bu qidanın faydalarını isə saymaqla qurtaran deyil. Tərkibin-də doymamış yağ turşuları olan qoz, digər sərt qabıqlı meyvələr kimi yağ səviyyəsi yüksək olsa da, daha az miqdarda doymuş yağ turşusuna sahibdir. Qozda olan bu yağlar bitki tərkibli yağlara çox uyğun gəlir. Qoz eyni zamanda lif, tanin, polifenol kimi sağlamlıq üçün yararlı olan bir çox maddələrlə zəngindir.
Qoz ləpəsi kalsium və fosfor maddəsi ilə zəngin olduğu üçün zehni yorğunluğu aradan qaldırır, sümük və dişləri bərkidir. Sinir sisteminin, əzələ toxumasının çalışması üçün lazım olan maddələrlə zəngin bir qidadır. Tərkibində maqnezium çox olduğu üçün əzələləri sakitləşdirir. Qırmızı qan hüceyrələrinin artmasına, ağciyərlərdən oksigenin toxumalara daşınmasına kömək edir. Qan azlığı xəstəliyində lazım olan dəmiri də qoz istifadə etməklə aradan qaldırmaq olar. Xüsusi ilə antioksidant bolluğuna görə xərçəngdən qorunmağa kömək edir, həzm sistemini gücləndirir. Aparılan araşdırmalara görə yemək sonunda istifadə olunan az miqdarda qoz, yağlı qidaların damarlara verdiyi ziyanı aradan qaldırır. Araşdırmalardan məlum olmuşdur ki, istər qoz, istərsə də digər sərt qabıqlı meyvələr ürək infarkt riskini otuz ilə əlli faiz arasında azaldır.
Qoz həmçinin güclü bir Omeqa-3 qaynağı olaraq yaxşı xolestrolu artırma xüsusiyyətinə malikdir. Ümumilikdə bədəndə olan bütün xolestrolu da lazım olacaq dərəcədə azalda biləcək bir qidadır.

Qozdan istifadə edərkən diqqətli olun!

Güclü enerji mənbəyi olan qozdan həddindən çox istifadə etməklə kilonuz üzərində olan nəzarəti itirmiş olursunuz. Buna görə də qozu ovucla yox, sayaraq yemək məqsədə uyğundur. Bir qozda ortalama 25 kalori, 8 qoz isə təqribən 200 kalori verə bilir. Kilo probleminiz olsa da, gündə 8 qoz yeyə bilərsiniz, bu şərtlə ki, ya 200 kalorini başqa yediyiniz qidalardan kəsəcək, ya da 200 kalorini xərcləyə biləcək bir yürüş etməlisiniz.
Etiketlər: istifadə, aradan, olduğu, lazım, qaldırır, meyvələr, kalori, qidadır, qabıqlı, digər, miqdarda, yemək, maddələrlə, biləcək, etməklə, bilir, yeməklərə, kömək, xolestrolu, kalorini
BİZİ İZLƏYİN