• Hil - təbii antiseptik

Reseptin məlumatları Baxış sayı: 10981

Tarix : 18.02.2016, 10:00

Bölmə : Faydalı bitkilər




Hil "kralların ədviyyatı" adlandırılır. Bütün dünyada bu ədviyyat çox populyardır.
Orta əsrlərdə Avropada hil... dərman hesab olunurdu və apteklərdə satılırdı.
Hil efir yağları, kalsium, fosfor, maqnezium, sink, dəmir, B qrupu vitaminləri, C vitamini, əvəzsiz yağlı turşularla zəngindir.

Belə zəngin tərkib hili bütün insanın orqanizmi üçün çox faydalı edir.
Beləliklə, hil həzm sistemi üçün çox xeyirlidir. Bu ədviyyat həzm prosesləri yaxşılaşdırır. Məhz bu səbəbdən bəzi şərq ölkələrində hilin toxumlarını yeməkdən sonra çeynəyirlər. Bundan əlavə hil ağızdan gələn pis qoxunu yox edir. Hil ürəkbulanmasını aradan götürür. Ürəkbulanmasından əziyyət çəkən hamilə qadınlar hildən istifadə edə bilərlər (1 ədəd hil toxumu çeynəmək lazımdır). Hil iştahanı artırır, mübadilə prosesləri yaxşılaşdırır, köplə mübarizə aparır, artıq çəkidən azad olmağa kömək edir.

Hil təbii antiseptikdir - orqanizmdə olan ziyanlı mikroorqanizmlərlə mübarizə aparır. Soyuqdəymə xəstəlikləri zamanı onu mayelərə (çay, su) əlavə edib xəstəyə vermək olar. Hil ağız boşluğunda olan mikroblarla mübarizə aparır, diş ağrısını azaldır.
Angina, faringit zamanı hil dəmləmələri ilə qarqaralar çox yaxşı təsir edir (1 stəkan qaynar suda 1/2 çay qaşığı hil tixumlarını dəmləyin).

Hil ürəyin fəaliyyətini yaxşılaşdırır.
Hil sinir sistemini möhkəmləndirir, insana depressiyalar, stress və nevrozlarla mübarizə aparmağa kömək edir, əhval-ruhiyyəni yaxşılaşdırır, beyinin fəaliyyətini stimullaşdırır, yorğunluq və halsızlığı aradan qaldırır.

Hilin aromatik yağları suya əlavə edib vannalar qəbul etmək olar. Bu sadə vasitə stres və gərginliklə mübarizədə çox yaxşı kömək edir.

Hindistanda və Çində hil çaya əlavə olunur. Hil kofeinin orqanizmə olan mənfi təsirini azaldır və çaya əla dad verir.

Etiketlər: əlavə, mübarizə, yaxşılaşdırır, kömək, aparır, zamanı, yağları, fəaliyyətini, yaxşı, aradan, ədviyyat, azaldır, prosesləri, dəmləmələri, qarqaralar, qaynar, dəmləyin, ürəyin, tixumlarını, qaşığı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
arzum-aysum
novruz şirniyyatlarinda istifadə edirəm, arada cay demleyerken cayin icine atiram
16 sentyabr 2015 19:32
1
BİZİ İZLƏYİN