• Kişi meyvəsi - Avokado

Reseptin məlumatları Baxış sayı: 12 461

Tarix : 11-08-2016, 09:00

Bölmə : Faydalı bitkilər


İllər öncə azərbaycanlılar xarici meyvələrdən tam xəbərsiz olmuş. Lakin zaman dəyişir və artıq bütün supermarketlərdə xarici meyvələrə rast gəlmək olar. Onlar içində kişilərin diqqətini ən çox avokado cəlb etməlidir.

Avokado – kişi meyvəsidir
Avokado meyvəsinin kişilərə olan xeyiri qədim zamanlardan məlumdur. Hələ Meksika və Cənubi Amerika ərazilərində yaşayan tayfalar avokadonu kişi sağlamlığı üçün güclü vasitə hesab edirdilər. Məhz bu tayfalar bu meyvəyə avokado demişlər. Avokado “yumurta” deməkdir və kişi yumurtalıqları formasında olur.

Təbii afrodiziak
Bu meyvə güclü təbii afrodiziaklara malikdir. Bu meyvənin tərkibindi kişi cinsiyyətini və potensiyasını yüksəldən aktiv maddələr, vitaminlər, mikroelementlər, mürəkkəb karbohidratlar vardır. Məlumdur ki, cinsi xəstəliklərin müalicəsində istifadə olunan bir çox dərman preparatlarının tərkibində avokado ekstraktı vardır. Kişi orqanizmini möhkəmləndirən folievaya turşusu bu meyvədə böyük miqdarda vardır. Üstəlik avokado kişi sinir sisteminə müsbət təsir görstərir, beyin fəaliyyətini aktivləşdirir.

Avokado – pəhriz meyvəsidir
Müasir kişilərin əksəriyyəti artıq çəkidən əziyyət çəkirlər. Artıq çəki kişi orqanizminə mənfi təsir göstərir, bir çox xəstəliklərin inkişafına təkan verir. Bu baxımdan avokado yağlı turşularla zəngindir. Çox kaloriyli olmasına baxmayaraq (100qr-208kkl) avokado kökəlməyə səbəb olmur. Düzdü meyvəni çox yemək olmaz, iki-üç dilim gündə kifayətdir. Avokadonun tərkibində olan A, C, D, K, PP, F, E, B qrup vitaminlər, antioksidantlar, təbii hormonlar, fosfolipid lesitin kişi orqanizminə, xüsusən də seksual fəallığına müsbət təsir edirlər.

Avokado – ətin alternatividir
Avokadonu rasionuna salan hər bir kişi ətin istifadəsini azalda bilər. Beləki, avokadonun tərkibində əzələ çəkisini artırmaq üçün vacib olan bitki proteinləri vardır. Qeyd edək ki, ətin çoxlu istifadəsi orqanizmdə oksalat duzlarının yaranmasına səbəb olur. Avokadonun tərkibində olan B6 vitamini oksalatın yaranmasına imkan vermir.

Sirr deyil ki, kişilər qadınlardan daha çox ürək-damar xəstəliklərindən əziyyət çəkirlər. Avokadonun tərkibinda olan zəngin kaliy miqdarı ürək fəaliyyətinə müsbət təsir edə bilir. Meyvənin tərkibində olan cüzi natriy kaliylə birgə fəaliyyəti nəticəsində orqanizmdə duz balansını normallaşdırır, xolesterini azaldır, arterial təzyiqi yaxşılaşdırır, bununla da ürək fəaliyyətinə müsbət təsir edir.

Kalsiyin olması meyvənin saçların, dırnaqların və əsasda sümük sisteminin möhkəmliyinə müsbət təsiri danılmazdır. Avokado prostatiti profilaktika etməsi onun kişi orqanizmi üçün əvəzsiz olması danılmazdır!
Etiketlər: avokado, Avokado, tərkibində, müsbət, təsir, vardır, Avokadonun, meyvənin, vitaminlər, təbii, güclü, danılmazdır, olması, fəaliyyətinə, çəkirlər, səbəb, əziyyət, tayfalar, orqanizmdə, yaranmasına
BİZİ İZLƏYİN