• Xurmadan qəbizlik, əsəbiliyə qarşı çox faydalı

Reseptin məlumatları Baxış sayı: 16 535

Tarix : 15-08-2016, 10:00

Bölmə : Faydalı bitkilər


Xurma heç də ancaq çay içmək üçün istifadə olunan dadlı bir meyvə deyil. Onun sağlamlığımıza verəcəyi faydaları kifayət qədərdir.

Bədənin enerji mənbəyi olan xurma yüksək kalorili olub, 60-65% şəkərdən ibarətdir. Tərkibində maqnezium, kalsium, kalium kimi vacib mikroelementlər vardır.

A vitamini ilə zəngin olub, ürək üçün lazım olacaq mineralları özündə birləşdirir.

Qadınlar üçün xüsusilə faydalıdır, belə ki, xurma hamiləlik dövründə dölü lazım olan fol turşusu ilə təmin edir və tərkibində olan oksitosin maddəsi doğuşun normallaşmasını nizamlayır. Süd vermə dövründə effektlidir.

Faydaları bununla bitmir, belə ki, xurma çoxlarının əziyyət çəkdiyi qəbizlikdə, həzm pozğunluğunda, qaraciyər piylənməsində, “pis” xolesterinin aşağı salınmasında, ürək-damar xəstəliklərində çox faydalıdır.

Hətta qurd xəstəliklərində fitoterapevtik müalicələrimlə yanaşı, acqarnına xurmanın yeyilməsini tövsiyə edirəm.

Xurma ilə bir neçə faydalı reseptlər:

1. Qəbizlik zamanı gecə bir stəkan suya qoyulmuş iki ədəd xurmanı, səhər bir xörək qaşığı toz halına salınmış kətan toxumu və bir xörək qaşığı zeytun yağı ilə qarışdırıb bir dəfə istifadə etmək gözəl nəticə verir.

2. Südartırıcı təsir: beş ədəd xurma əzilir, üzərinə bir xörək qaşığı güldəfnə toxumu tozu, bir xörək qaşığı cirə və razyana meyvəsinin tozu əlavə edilərək balla qarışdırılır. Gün ərzində 3-4 dəfə yeməkdən sonra yeyilir.

3. Sinir gərginliyi: üç ədəd xurma əzilir, xırdalanır və balı nanə ilə yemişan meyvəsi dəmləməsinə əlavə edilib hər axşam qəbul olunur.

4. Xolesterin yüksəkliyi: on ədəd xurma əzilir, üzərinə zəncirotu kökü tozu və qanqal toxumu tozu əlavə edilərək qarışdırılır, itburnu dəmləməsi ilə gündə 2 dəfə içilir.

5. Kökəlmək istəyənlər üçün: otuz ədəd xurma əzilir, 100 qr çiçək tozu, 10 qr arı südü, 500 qr keçibuynuzu bəkməzi, 100 qr biyan kökü tozu, 50 qr darçın və 1 kq balla qarışdırlır. Hər gün 3-4 dəfə yeməkdən həmən sonra istifadə edilir.
Etiketlər: xurma, qaşığı, əzilir, xörək, toxumu, əlavə, istifadə, yeməkdən, lazım, üzərinə, sonra, Xurma, balla, dövründə, edilərək, qarışdırılır, faydalıdır, xəstəliklərində, təsir, Südartırıcı
BİZİ İZLƏYİN