• Vitamin deposu olan qırmızı TURPUN FAYDALARI

Reseptin məlumatları Baxış sayı: 12 992

Tarix : 20-01-2017, 10:00

Bölmə : Faydalı bitkilər


Sağlam olduğunu ifadə etmək üçün insanların işlətdiyi “turp kimi” cümləsi turp və sağlamlıq arasında bir əlaqə olduğu mənasına gəlir.

Vitamin deposu hesab edilən turpun tərkibindəki minerallarla orqanizmin sağlamlığına verdiyi xeyir baxımından qış aylarında yeyilməsi gərəklidir.

Turpun tərkibindəki qida elementləri xəstəliklərin əngəlləməsində son dərəcə mühüm təsirə malikdir. Xüsusən qırmızı turp immunitet sistemini gücləndirir. Xalq təbabətinə daxil edilən turp tərkibindəki qida elementləri ilə orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

Hər bir qidanın öz mövsümündə yeyilməsi çox faydalıdır. Yay, qış və yazda da olmaqla hər zaman süfrəmizdə yer alan turp şəfa qaynağıdır. İnsana enerji verən turpun tərkibindəki potasium ürək əzələləri də daxil olmaqla, bütün əzələlərin düzgün çalışmasına kömək edir.

Turp qan şəkərini çox az yüksəldir və yüksək lifli olduğu üçün şəkər xəstələrinin çox asanlıqla qorxmadan yeyə biləcəyi qidadır. Lifli qida olduğu üçün qan xolestrolunu azaldır. Qalın bağırsaq xərçəngi başda olmaqla, bütün xərçəng növlərinə qarşı qoruyucu təsirlərə malikdir. Az kalorili olan turpu pəhrizdə olanlar da yeyə bilər.

Turp orqanizmdəki yod ehtiyatını azaltdığı üçün həftədə 3-4 dəfədən çox turp yeyənlər yodlu duzlardan istifadə etməlidir.
Etiketlər: tərkibindəki, olduğu, olmaqla, edilən, orqanizmin, turpun, malikdir, bütün, qarşı, daxil, elementləri, yeyilməsi, yüksək, yüksəldir, yodlu, şəkərini, lifli, şəkər, qorxmadan, yeyənlər
BİZİ İZLƏYİN