• Suyu özündən daha faydalı giləmeyvə

Reseptin məlumatları Baxış sayı: 11 211

Tarix : 25-01-2017, 09:00

Bölmə : Faydalı bitkilər


Vişnə suyu vişnənin özündən daha faydalıdır. Araşdırma nəticəsində vişnənin meyvə suyu halına gəldikdən sonra tərkibindəki antosiyaninlərin faydasının 3 dəfə artdığı və C vitaminin 60 faiz qorunduğu ortaya çıxıb.

Meyvə suyu halında qəbul edilən vişnə antioksidan cəhətdən daha faydalı hesab olunur. Meyvə suyu halına gətirilən vişnənin tərkibindəki antioksidan xassəli antosiyan birləşmələrinin keyfiyyəti qorunur.

Antiosiyan meyvə və tərəvəzlərdə olan rəngverici bir maddədir. Vişnə meyvə suyu halına gətirildikdə bu maddənin 81 faizi qorunur. Vişnə prosiyaind cəhətdən də zəngindir.

Vişnə antosiyan və digər polifenolik maddə tərkibli antioksidan keyfiyyəti yüksək olan qırmızı giləmeyvədi. Araşdırmanın nəticələrinə görə, vişnənin meyvə suyu halına gətirildikdə C vitamini itkisinin çox olduğu düşüncəsinin yanlış olduğu təsdiq edilib.
Etiketlər: halına, meyvə, Vişnə, vişnənin, antioksidan, cəhətdən, Meyvə, tərkibindəki, gətirildikdə, antosiyan, keyfiyyəti, olduğu, qorunur, zəngindir, rəngverici, faizi, maddədir, maddənin, digər, prosiyaind
BİZİ İZLƏYİN