• Zəngin giləmeyvə: çiyələyin möcüzəvi faydaları

Reseptin məlumatları Baxış sayı: 13 597

Tarix : 21-01-2017, 10:00

Bölmə : Faydalı bitkilər


Yay aylarının ən sevilən giləmeyvəsi olan çiyələyin faydalarının saymaqla bitmir. Mütəxəssislər rəngi, dadı və qoxusu ilə ən çox sevilən meyvə olan çiyələkdə bol miqdarda fosfor və dəmir olduğunu qeyd edirlər.

Çiyələk bədənə qüvvət verir, damar tıxanıqlığını əngəlləyir, xolestrolu aşağı salır.

Antioksidan olduğu üçün immuniteti gücləndirir.

Xərçəngə qarşı qoruyucu təsirə sahibdir və həzm sisteminin müntəzəm fəailiyyətini təmin edir.

Bağırsaq qurdlarının tökülməsinə kömək edir, qanı təmizləyir. Bədəndəki zərərli maddələri uzaqlaşdırır.

Diş ətlərini gücləndirir, ağız qoxusunu yox edir. Hollivud ulduzları dişlərini çiyələklə masaj edərək ağardır.

Sakitləşdirici təsirə malikdir, stressi azaldır, təzyiqi aşağı salır, qızdırmanı azaldır.

Revmatizm və qaraciyər problemlərinə faydalıdır.

Bədəndə toplanan zəhərli maddələri xaric edir, böyrəkdəki qum, daş problemlərinin qarşısını alır.

Çiyələyin 100 qramında 37 kalori, 59 mq C vitamini, sodium, 174 mq potasium və 21 mq kalsium var.

Yaxşı yuyulmasa, böyrəklərdə daş yarada bilər.

Tərkibindəki potasium və fosfor böyrək çatışmazlığı olan xəstələrə ziyandır. Buna görə böyrək xəstələri həkimlə məsləhətləşmədən yeməsin.
Etiketlər: gücləndirir, salır, aşağı, təsirə, azaldır, böyrək, potasium, fosfor, maddələri, sevilən, faydalıdır, problemlərinə, qaraciyər, Bədəndə, toplanan, problemlərinin, böyrəkdəki, xaric, zəhərli, Revmatizm
BİZİ İZLƏYİN