• Zəfəran ədviyyatların şahıdır

Reseptin məlumatları Baxış sayı: 11 764

Tarix : 20-10-2016, 15:00

Bölmə : Faydalı bitkilər


Zəfəran ədviyyatların şahıdır. Zəfəran ən qədim ədviyyat növlərindəndir. Onun çox az miqdarda istifadəsi də tez hiss olunur. Zəfəranın sərinləşdirici təsiri var və kəskin dada malikdir.
Zəfəran əlavə olunmuş yeməklər xoş qızılı rəngə çalır, xüsusi ətrə malik olur və yaxşı həzm olunur. Aralıq dənizi mətbəxində zəfəran düyü, dəniz məhsulları yeməklərinə, souslara və şorbalara əlavə olunur.
Zəfəran qiymətli ədviyyatdır, bir qram təmiz zəfəran almaq üçün iki yüz min zəfəran bitkisinin telini yığmaq lazımdır. İtalyan mətbəxindəki bir çox yemək üçün zəfəran əvəzolunmaz ədviyyatdır.
Etiketlər: Zəfəran, zəfəran, olunur, ədviyyatdır, əlavə, şorbalara, qiymətli, məhsulları, mətbəxində, dəniz, yeməklərinə, souslara, təmiz, İtalyan, mətbəxindəki, yemək, əvəzolunmaz, lazımdır, yığmaq, almaq
BİZİ İZLƏYİN