• İspanaq haqqında bilmədiklərimiz

Reseptin məlumatları Baxış sayı: 11 440

Tarix : 12-02-2017, 11:00

Bölmə : Faydalı bitkilər


Bu göyərti bir çox digər meyvə, tərəvəz və göyərtilərlə nisbətdə kəskin dad və qoxuya malik deyil.
O, təəssüflər olsun ki, bir çox xeyirli xüsusiyyətlərini uzun zaman özündə qoruyub saxlama gücünə malik deyil.

Beləliklə ispanağın xeyirli xüsusiyyətləri...
Son illər aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur ki, ispanaq xərçəngin inkişafının qarşısını alma gücünə malikdir. Bu onunla izah edilir ki, onun tərkibində fitonutrientlər maddələri vardır ki, onlar, yeni yaranmış məhz xərçəng şişlərinin yeni damarlar inkişaf etdirməsinə imkan vermirlər. Bununla şişin gələcək inkişafı mümkün olmur.
İspanağın tərkibində insan orqanizminin hüceyrə quruluşu üçün çox vacib olan zülal vardır. Həmçinin o, yağlar, karbohidrat və orqanik yağ turşuları ilə çox zəngindir.
Tərkibində selülloz, kraxmal və şəkər olmaqla bərabər, A, C, E, K, PP kimi bir qrup vitmaminləri, demək olar ki, bütün B qrupu və beta-kerotin vardır.
İspanaqda çoxlu sayda olan K vitamini haqda qeyd etmək istərdik ki, o,həm qanın laxtalanmasına kömək edir, həmçinin kalsinin sümüklərdə qorunub saxlanılması kimi funksiyasına malikdir.
Onun tərkibində bir çox mikroelemtlər də vardır. Bunlardan: maqnezium və selen, kalsium və sink, kalium və fosfor, dəmir və mis, marqans və natriumu qeyd etmək olar.
Təsirinə görə, o orqanizmi müxtəlif qidalı maddələrlə təmin edərək, hətta ziyanlı toksin və şlaklardan təmizləyir. Bu kimi xeyirli xüsusiyyətlərinə görə, o yalnız kökdən geri qalır.
Tərkibində olan yüksək dəmir konsentrasiyasına görə, qanda hemoqlobini aktivləşdirərək, hüceyrələrin oksigenlə təmininə kömək edir. O, həmçinin maddələr mübadiləsinin yaxşılaşmasını və orqanizmin enerji istehsalını təmin edir.
Diş və damaqların təbii sağlamlığını qoruyur və damarları gücləndirir. Mədəaltı vəzə stimullaşdırıcı təsir göstərir və bağırsağın işini yaxşılaşdırır.

İspanağın ziyanı haqda...
İspanağın qoca(köhnə)yarpaqlarının tərkibində yüksək miqdarda oksalat turşusu vardır. Sidik kanalı və böyrəyində problemi olanlar və xora xəstəliyi(yazva) olanlara ispanaq məsləhət görülmür.

100 qr ispanağın tərkibi:
- 23 kkal
- zülal - 2.9 qr
- yağlar - 0.3 qr
- karbohidratlar - 2 qr
- qidalı tellər - 1.3 qr
- orqanik turşular - 0.1 qr
- su - 91.6 qr
- doymamış yağ turşuları - 0.1 qr
- kraxmal - 0.1 qr
- doymuş yağ turşuları - 0.1 qr
Etiketlər: əlavə, Şəkər, xırda, doğranmış, əzilmiş, Üzərinə, keşniş, sarımsaq, kənara, süfrəyə, verin, sonra, versin, qoyun, olarsa, turşuluğundan, olmalıdır, Alçanın, şirəli, zövqə
BİZİ İZLƏYİN