• Moruq faydaları

Reseptin məlumatları Baxış sayı: 11 891

Tarix : 5-11-2016, 15:00

Bölmə : Faydalı bitkilər


Azərbaycanın ərazisində geniş yayılıb. Əsasən 15 növü bitir. Moruğun kimyəvi tərkibi növündən, becərmə şəraitindən asılı olaraq müxtəlifdir. Meyvələrinin tərkibində S, V, E vitamini, karotin, şəkərlər, üzvü turşular, efir yağları və bir sıra aktiv maddələr vardır. Ona görə də böyük müalicəvi xüsusiyyətə malikdir. Podaqra (oynaq və toxuma xəstəliklərində) və nefrit xəstəliklərində moruq yemək olmaz. Tərkibində dəmir olduğu üçün qanəmələgətirməni yaxşılaşdırır. Moruğun payızda yığılmış köklərinin həlimi astma xəstəliyində yaxşı dərmandır: 1 x.qaşığı xırdalanmış kökləri 1 stəkan qaynar suda 15-20 dəq zəif odda qaynatmaq, 1 saat dəmləmək. Bronxial astmada ¼ stəkan gündə 3 dəfə qəbul etmək.
Etiketlər: Moruğun, xəstəliklərində, stəkan, yaxşılaşdırır, payızda, yığılmış, həlimi, köklərinin, qanəmələgətirməni, olduğu, moruq, nefrit, yemək, olmaz, dəmir, Tərkibində, astma, yaxşı, astmada, Bronxial
BİZİ İZLƏYİN