• Yemişan faydaları

Reseptin məlumatları Baxış sayı: 16 092

Tarix : 6-11-2016, 10:00

Bölmə : Faydalı bitkilər


Yemişanla müalicə qandakı xolestirinin miqdarını aşağı salır, ürək nahiyyəsində xoşagəlməz hissləri aradan qaldırır, mərkəzi sinir sisteminin qıcıqlanmasını azaldır, ürəyin vena damarlarında və beyinin damarlarında qan dövranını gücləndirir, taxikardiyanı (ürəyin tez-tez döyünməsini) və aritmiyanı aradan qaldırır, arterial təzyiqi bir qədər aşağı salır və yuxunu yaxşılaşdırır. Allergiya xəstəliklərinin müalicəsində də yemişan yaxşı nəticə verir. Bunun üçün ondan alınan püreni yeməkdən əvvəl gündə 2 dəfə çay qaşığı miqdarında qəbul edilməsi tövsiyyə olunur. Yemişanın meyvələrinin ekstraktı taxikardiyanı və aritmiyanı aradan qaldırır, ağrı hissini azaldır, ürək sahəsində ağırlıq hissini aşağı salır və xəstənin ümumi vəziyyəti yaxşılaşır. Kardiosklerozda məsləhət görülür. Meyvələrinin 15%-li ekstraktı yeməkdən qabaq gündə 3 dəfə 30-50 damcı qəbul edilir. Çiçəklərinin 15%-li arağı gündə 3-4 dəfə 20-30 damcı qəbul edilir.
Etiketlər: salır, gündə, qaldırır, aşağı, qəbul, aradan, damarlarında, ürəyin, hissini, azaldır, taxikardiyanı, yeməkdən, aritmiyanı, damcı, ekstraktı, edilir, meyvələrinin, olunur, Yemişanın, miqdarında
BİZİ İZLƏYİN