• Zəncəfil çayı faydaları

Reseptin məlumatları Baxış sayı: 13 128

Tarix : 9-11-2016, 11:00

Bölmə : Faydalı bitkilər


Zəncəfil tək ədviyyat deyil, zəncəfil həm də müalicəvi bitkidir. Zəncəfili üyüdülmüş və çiy (zəncəfil kökü) şəklində istifadə etmək olar. Zəncəfilin müalicəvi xüsusiyyətləri olduqca çoxdur. Bu bitki (daha doğrusu onun kökü) iltihabəleyhinə, antibakterial, ağrısazlaşdıran, tonuslaşdırıcı, spazmolitik və s. xüsusiyyətlərinə malikdir. Həzm probleminə çox yaxşı effekti var. Yediklərinizi həzm etməyə kömək edir. Astma xəstəliyi zamanı zəmcəfilin bəlhəmgətirici xüsusiyyətləri onu olduca faydalı edir. Şəkər xəstəliyi zamanı təzə zəncəfilin şirəsi qanda şəkərin səviyyəsini aşağı salır. Zəncəfilin spazmolitik xüsusiyyəti onu ağrılı menstruasiyalar, baş ağrıları, bağırsaq spazmları zamanı olduqca effektli edir. Bütün bu xüsusiyyətlərini zəncəfilin zəngin vitamin-mineral tərkibi təmin edir. Belə ki, zəncəfilin tərkibində B qrupu, A və C vitaminləri, dəmir, sink, kalium, natrium, fosfor, maqnezium, kalsium kimi mikroelementlər, müxtəlif əvəzedilməz aminoturşular, efir yağları və s. var. Zəncəfil çayı arıqlamağa kömək edir.
Etiketlər: zəncəfilin, zamanı, olduqca, xüsusiyyətləri, xəstəliyi, spazmolitik, kömək, Zəncəfil, Zəncəfilin, müalicəvi, zəncəfil, xüsusiyyətlərini, Bütün, salır, zəngin, vitamin, xüsusiyyəti, effektli, ağrılı, menstruasiyalar
BİZİ İZLƏYİN