• Limon qabıqlarını atmayın!

Reseptin məlumatları Baxış sayı: 11 356

Tarix : 3-12-2016, 15:00

Bölmə : Faydalı bitkilər


Limon qabığıyla arıqlayın
Limon qabıqlarını yaxşıca yuyub 1 l suya əlavə edin. Bir neçə saat gözlətdikdən sonra arıqlamaq, şiş atmağa köməkçi limonlu suyunuz hazır olacaq. Stəkan-stəkan için və arıqlamağın dadını çıxarın!

Limon qabığıyla parladın
Qab-qacaq maşınının gözəl qoxmağını və qab-qacaqların parıldamağını istəyirsiniz? Çəngəl-qaşıq hissəsinə bir neçə dənə limon qabığı qoyun və maşınınızı hər zamankı kimi qoşun. Yuma sonunda maşının qapısını açdığınız anda möcüzə qoxular gələcək!

Limon qabığıyla yumşaldın
Ayaqda dabanlarda, dirsəklər və biləklərdə sərtləşmənın qarşını almaq istəyirsiniz? Limon qabığı bu gözəllik probleminə praktik və sürətli bir həll təqdim edir: limonun sulu qismi ilə quru bölgələri ovun, dəriniz yumşaq olacaq.

Limon qabığıyla selülitdən xilas olun
Limon qabıqlarıyla edəcəyiniz masaj kremi sayəsində selülitlerinizden xilas ola bilərsiniz. Necə? Limon qabıqlarını blenderdən çəkib püre halına gətirin, içərisinə badam yağı əlavə edin. Hər gün selülitli bölgələri masaj edin.

Limon qabığıyla qara nöqtələri təmizləyin
Tərkibindəki C vitaminiylə hüceyrə yeniləyici və təmizləyici təsirə sahib olan limon qabığı qara nöqtələrdən xilas olmaq üçün əla vasitədir. Limon qabıqlarını rəndələyin və içərisinə bir az türk qəhvəsi əlavə edib qarışdırın. Bu qarışığı qara nöqtə olan burun, çənə, alın kimi bölgələrə masaj edərək yedirin, on dəqiqə gözlədib ilıq suyla yuyun.

Limon qabığıyla eviniz gözəl qoxsun
Limon qabıqlarını bir qabda zəif odun üzərində otaq qoxusu kimi istifadə edə bilərsiniz. İstiliklə bir yerdə limonun gözəl qoxusu ortaya çıxacaq və eviniz möcüzə ətir saçacaq.

Limon qabığıyla romantika yaradın
Limon qabığı, darçın və qərənfili qarışdırıb tavada qoxusu çıxana qədər qovurun. Ardından bu qarışığı bir qaba əlavə edib otağa gətirin. Siz çayınızı, qəhvənizi qurtumlarkən gözəl qoxularla ruhunuz təmizlənsin.

Limon qabığıyla dərinizi nəmləndirin
Dərinizi həm nəmləndirmək həm də qidalandırmaq üçün limon qabığını istifadə edə bilərsiniz. Çünki içərisində kalium, zülal, B və E vitaminləri var. Limon qabığını rəndələyin və bir az toz şəkərlə qarışdırıb üz və boyun bölgənizə dairəvi hərəkətlərlə masaj edərək yedirin. Ardından ilıq suyla yuyun.

Limon qabığıyla dad qatın
Daha ləzzətli keks və tortlar üçün limon qabığının ağ qisimlərini bıçaqla ayırıb sarı qisimlərini blenderdə çəkin və sobada çox aşağı istilikdə qurudub qaba qoyun. Keks və tortlara qurudulmuş limon qabığı əlavə edin, nəfis dad əldə edin.
Etiketlər: Limon, qabığıyla, limon, qabığı, əlavə, gözəl, masaj, qabıqlarını, xilas, bilərsiniz, qoxusu, bölgələri, möcüzə, gətirin, istifadə, qabığını, qoyun, içərisinə, istəyirsiniz, yuyun
BİZİ İZLƏYİN