• Heyvanın faydaları

Reseptin məlumatları Baxış sayı: 11224

Tarix : 7.12.2016, 10:00

Bölmə : Faydalı bitkilər




Heyva güclü sidik qovucu sayılır və bu səbəbdən müxtəlif sidik ifrazatı sistemi xəstəlikləri zamanı çox xeyirlidir.
Mədə-bağırsaq sistemində problemləri olan insanlar da bu meyvədən faydalana bilər. Mis və sellülozla zəngin olan heyva həzm prosesləri yaxşılaşdırır, qara ciyərin və öd çıxarıcı yollarının funksiyalarını yaxşılaşdırır, ishalla mübarizədə kömək edir.
Heyva dietik məhsuldur. Arıqlamaq məqsədi ilə tutulan pəhrizlər zamanı heyva çox uğurla istifadə oluna bilər.
Heyva şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün da faydalıdır.
Heyva antioksidant maddələrlə zəngindir ki, bu faydalı xüsusiyyət onu stres, depressiya zamanı, xərçəng hüceyrələrin əmələ gəlməsi ilə mübarizədə yaxşı köməkçi edir. Heyva orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır.
Heyvanın unikal antivirus xüsusiyyətləri onu qrip və soyuqdəymənin müalicəsi zamanı uğurla istifadə etməyə imkan verir. Bu halda heyva az miqdarda suda bişirilməli və su ilə birlikdə qəbul olunmalıdır.
Heyva dəmir mikroelementi ilə olduqca zəngindir. Bu səbəbdən heyva anemiya (qanazlığı) zamanı insana böyük kömək edə bilər. Uşaqlara heyva şirəsi və heyva kompotları vermək yaxşıdır.
Heyvanın daim qəbulu orqanizmdə "pis" xolesterinin azalmasına kömək edir.
Vitamin C ilə zəngin heyva immuniteti yaxşılaşdırır.
Heyva şirəsi iltihab əleyhinə və bəlhəmgətirici təsirinə malik olduğuna görə bronxit, bronxial astma, müxtəlif soyuqdəymələr və iltihablar zamanı uğurla istifadə oluna bilər.
Heyvanı kompot, mürəbbə, şirə, buğda və ya suda bişirilmiş şəkildə qəbul etmək daha yaxşıdır. Təzə heyva spesifik turş dada malikdir və çətinliklə həzm olunur (xüsusilə də böyük miqdarlarda). Lakin bir neçə təzə heyva dilimi insana yalnız xeyir gətirə bilər.
Etiketlər: heyva, Heyva, zamanı, bilər, uğurla, istifadə, yaxşılaşdırır, kömək, mübarizədə, orqanizmdə, zəngin, yaxşıdır, böyük, prosesləri, şirəsi, insana, insanlar, oluna, müxtəlif, səbəbdən
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN