• Xurmanın bütün növləri

Reseptin məlumatları Baxış sayı: 16 815

Tarix : 10-12-2016, 09:00

Bölmə : Faydalı bitkilər


Xurmanın bütün növləri kalium, maqnezium, dəmir, fosfor, yod kimi mikroelementlər, A, C,P vitaminlərlə, glükoza və saxaroza ilə zəngindir. Bundan əlavə xurmada karbohidratlar, zülallar, qida lifləri, üzvi turşular, antioksidantlar var.
Antioksidantları xüsusən vurğulamaq lazımdır. Antioksidantlar hava, su, qida ilə birlikdə orqanizmimizə düşən şlakları, toksinləri və s. zərərli maddələri orqanizmdən çıxartmağa kömək edir. Xurma müəyyən bakterisid (bakteriyaları öldürən) xüsusiyyətlərinə malikdir.
Xurmanın tərkibində olan pektin maddəsi həzm proseslərini yaxşılaşdırır. Məhz bu səbəbdən mədə-bağırsaq xəstəlikləri zamanı təbii "dərman" kimi istifadə oluna bilər.
Dəmirlə zəngin olan xurma qanazlığı zamanı kömək edir.
Xurma ürək əzələsini qidalandırır, böyrəklər və qalxanvari vəzinin fəaliyyəti üçün xeyirlidir, insanın zehni fəaliyyətini stimullaşdırır, iş qabiliyyətini artırır.
Xurma ağ ciyərləri və bronxları təmizləyir. Bu xüsusən siqaret çəkən insanlar üçün çox vacibdir.
Xurma sidikqovucu effektə malikdir, orqanizmdə natrium duzları çıxartmağa kömək edir, təzyiqi normallaşdırır.
Bundan əlavə bu meyvə kosmetologiyada uğurla istifadə olunur.
Etiketlər: Xurma, kömək, əlavə, çıxartmağa, zamanı, xüsusən, malikdir, Bundan, Xurmanın, istifadə, qalxanvari, böyrəklər, dərman, vəzinin, xeyirlidir, təbii, fəaliyyəti, oluna, qanazlığı, xurma
BİZİ İZLƏYİN