• Sarımsaqdan niyə çox istifadə etməliyik?

Reseptin məlumatları Baxış sayı: 11 068

Tarix : 11-12-2016, 09:00

Bölmə : Faydalı bitkilər


Sarımsaq bizi təkcə mikrob xəstəliklərindən qorumur, həm də Avropada ölüm səbəbi olaraq birinci və ikinci yerdə olan xərçəng və damar xəstəliklərinə qarşı da qoruyur. Bu gün dünyada ən çox sarımsaq yeyilən ölkələr sırasında Bolqarıstan birinci yerdədir. Bolqarıstanda Xərçəng və damar daralmasından ölənlərin sayı Avropaya nisbətən 6-7 dəfə aşağıdır. Buna səbəb sarımsaqdır.
Isveçli uşaqlar məktəbə gedərkən sarımsaq yeyirlər

Faydaları:
Ölümə səbəb olan damar kirəclənməsinə kömək edir.
Yara və çibanları sağaldır.
Krapları yox edir.
Ağciyəri,qaraciyəri,öd kisəsini və ürəyi gücləndirir.
Bağırsaq qurdlarını və digər parazitləri öldürür.
Mədə və bağırsaqları dezinfeksiya edir. Zərərli bakteriyaları yox edir.
İştahanı açır.
Qan təzyiqini aşağı salır.
Qızdırmanı aşağı salır
Bağırsaq qazlarını ortadan qaldırır.
Zökəm xəstəliyini yox edir, bronxlara çox xeyirlidir, vərəm xəstələrinə xüsusi ilə sarımsaq yemək tövsiyə olunur.
Qrip mikrobunu öldürərək, orqanizmi bu xəstəliyə qarşı qoruyur.
Böyrək yollarında daş yaranmasını əngəlləyir.
Ürək əzələlərini möhkəmləndirir.
Vücudu ağcaqanad və digər həşəratlardan qoruyur.
Öd kisəsinin normal fəaliyyətini tənzimləyir.
Qəbizliyi aradan qaldırır.
Saç tökülməsinin qarşısını alır.
Səsi gözəlləşdirir.
Etiketlər: damar, qoruyur, sarımsaq, aşağı, salır, səbəb, qaldırır, birinci, qarşı, Bağırsaq, digər, xeyirlidir, xəstəliyini, bronxlara, vərəm, bağırsaqları, yemək, xüsusi, xəstələrinə, Zökəm
BİZİ İZLƏYİN