• Manna yarmasının faydası və ziyanı

Reseptin məlumatları Baxış sayı: 35 098

Tarix : 12-12-2016, 10:00

Bölmə : Faydalı bitkilər


Manna yarması buğdadan hazırlanır. Manna sıyığı cərrahi əməliyyatlardan sonra, mədə-bağırsaq xəstəlikləri və xroniki böyrək çatışmazlığı zamanı əvəzedilməz bir qidadır. Lakin artıq çəkisi olan, ateroskleroz və şəkərli diabet xəstəliklərindən əziyyət çəkən insanlara manna sıyığı yemək tövsiyyə olunmur. Hazırda pediatrlar 1 yaşına qədər olan uşaqlara da manna sıyığı verməyi tövsiyyə etmirlər. Həkimlərin fikrinə görə 1 yaşına qədər olan uşaqların mədə-bağırsaq sistemi karbohidratları həzm etməyə hələ ki hazır deyil. Manna yarması isə bir çox yarmalar kimi karbohidratlarla zəngindir. Manna yarması “qlüten” adlandırılan zülalla da zəngindir. Bəzi uşaqlarda və hətta böyüklərdə də bu zülala qarşı irsi dözülməzlik olur. Bu dözülməzliyin fonunda seliakiya xəstəliyi inkişaf edir. Bu çox ciddi xəstəlikdir. Onun nəticəsində bağırsaqların selikli qişasi o dərəcədə nazikləşir ki, burada bütün qidalı maddələrin, o cümlədən yağların, sorulması pozulur.
Bundan əlavə manna yarmasında “fitin” adlı bir maddə vardır ki, bu maddə bağırsaqlarda kalsium, D vitamini və dəmirin sorulmasına mane olur. Uşaq orqanizmində dəmir çatışmazlığı səbəbindən dəmirdefisitli anemiya (qanazlığı) inkişaf edə bilər. Kalsium və D vitaminin çatışmazlığı isə raxit xəstəliyinə gətirib çıxarır.
Beləliklə, həkimlərin fikrinə əsasən, manna sıyığı 1 yaşından sonra olan uşaqlara vermək olar. Lakin 3 yaşına qədər olan uşaqlara bu sıyığı həftədə 1 dəfədən artıq vermək məsləhət görülmür.
Manna yarması tək sıyıqlarda deyil, müxtəlif şirniyyatların hazırlanmasında da istifadə olunur.
Etiketlər: sıyığı, Manna, yarması, manna, yaşına, uşaqlara, çatışmazlığı, qədər, vermək, Lakin, zəngindir, maddə, tövsiyyə, inkişaf, artıq, fikrinə, deyil, sonra, bağırsaq, dəmirin
BİZİ İZLƏYİN