• Təbii aspirinin faydaları

Reseptin məlumatları Baxış sayı: 4169

Tarix : 28.02.2017, 15:00

Bölmə : Faydalı bitkilər


Moruq çox faydalı giləmeyvədir. Bu əsl təbii dərmandır. Moruq C vitamini ilə olduqca zəngindir.
Bundan əlavə moruqda A, PP, E, B qrupu vitaminləri, kalium, kalsium, fosfor, mis, maqnezium, dəmir, selen kimi faydalı minerallar, efir yağları var. Moruq müxtəlif turşularla (salisil, alma, limon turşusu) zəngindir.
Moruğun tərkibində antosian maddəsi var ki, bu maddə damar və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır.
Moruq orqanizmdə aterosklerozun inkişafını ləngidir.
Təzə moruq baş ağrıları zamanı çox yaxşı kömək edir. Bu giləmeyvənin tərkibində salisin turşusunun olmağı ilə izah olunur.
Moruq təbii sidikqovucu və iltihabəleyhinə vasitədir. Sidik kisəsi və sidik yolları xəstəlikləri zamanı bu giləmeyvənin dəmləməsi çox yaxşı müalicəvi təsir edir.
Moruq salisil turşusu ilə zəngindir. Salisil turşusu oynaqlar xəstəlikləri zamanı çox yaxşıı kömək edir.
Moruq soyuqdəymə xəstəlikləri zamanı çox yaxşı müalicəvi təsir edir - hərarəti salır, xəstəliyin simptomlarını azaldır, tərlədir, immuniteti möhkəmləndirir. Məhz bu səbəbdən moruğu "təbii aspirin" adlandırırlar. Soyuqdəymə zamanı təzə moruğu suda çay kimi dəmləmək, moruqdan kompot bişirmək olar.
Moruq ürək-damar sistemi üçün çox faydalıdır - yüksək təzyiqi aşağı salır, qanın tərkibini yaxşılaşdırır.
Moruq pektinlərlə zəngindir və bu səbəbdən mədə-bağıraq sisteminə də çox müsbət təsir edir. Moruq bağırsaqları təmizləyir, onlara antiseptik təsir edir, həzmi yaxşılaşdırır, iştahanı artırır.
Moruq yarpaqları da çox təsirli müalicəvi vasitədir. Moruq yarpaqları dəmləməsi soyuqdəymə, angina, laringit, stomatit zamanı çox yaxşı müalicəvi təsir edir. Bu xəstəliklər zamanı dəmləməni qarqara şəklində istifadə etmək lazımdır.
Moruq yarpaqları dəmləməsi öskürək, bronxit zamanı bəlğəmgətirici təsir edir, iltihabı azaldır. Dəmləməni hazırlamaq üçün 10 moruq yarpağını 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin və gündə 3 dəfə 1/3 stəkan olmaqla qəbul edin. Dəmləməyə bal da əlavə etmık olar.
Həmçinin moruq yarpaqları dəmləməsi çay kimi də qəbul etmək olar. Belə çay həm dadlı, ətirli, həm də çox faydalıdır - immun sistemini möhkəmləndirir, sinir sisteminə müsbət təsir edir.

Etiketlər: Moruq, zamanı, təsir, zəngindir, yaxşı, müalicəvi, dəmləməsi, yarpaqları, xəstəlikləri, turşusu, moruq, təbii, möhkəmləndirir, artırır, vasitədir, kömək, giləmeyvənin, damar, sisteminə, müsbət
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica