• Portağal qabıqlarını atmayın! Çox faydalı resept

Reseptin məlumatları Baxış sayı: 11 364

Tarix : 26-03-2017, 10:00

Bölmə : Faydalı bitkilər


Portağal çox dadlı və faydalı meyvədir. Bunu hamı bilir.
Lakin adətən fikirləşmədən atdığımız portağal qabıqları da çox faydalı məhsuldur.
Portağal qabıqları efir yağları, vitaminlər, minerallar, bioflavonoidlərlə zəngindir. Portağal qabıqlarından çox xeyirli müalicəvi içki hazırlamaq olar. Bu içki immun sistemini gücləndirir, orqanizmi toksinlər, şlaklar, ağır metallar və s. ziyanlı maddələrdən təmizləyir, ürəyə və damarlara müsbət təsir edir.
Bu içkini hazırlamaq üçün 1 iri portağalın qabıqları götürülür (qabıqlar qurumuş deyil, təzə olmalıdır). Portağal qabıqları blenderdə əzilir, üzərinə 1 l otaq temperaturunda olan su əlavə edilir və 1 gün ərzində otaqda saxlanılır. 1 gündən sonra içki yaxşı süzülür, zövqə görə bal və 1/2 limonun şirəsi əlavə olunur və yaxşı qarışdırılır.
Bu içki soyuqdəymə və qripp xəstəlikləri zamanı da çox yaxşı müalicəvi kömək edir.
Etiketlər: Portağal, qabıqları, yaxşı, əlavə, müalicəvi, hazırlamaq, faydalı, temperaturunda, edilir, ərzində, üzərinə, blenderdə, götürülür, portağalın, qabıqlar, qurumuş, olmalıdır, deyil, əzilir, saxlanılır
BİZİ İZLƏYİN