• Ananas nə ilə faydalıdır?

Reseptin məlumatları Baxış sayı: 4784

Tarix : 14.03.2017, 09:00

Bölmə : Faydalı bitkilər


Ananas çox zəngin kimyəvi tərkibə malikdir. Ananas A, PP, C , B qrupu vitaminlər, bir çox vacib minerallar (kalium, maqnezium, fosfor, yod, sink, mis, dəmir və s.), orqanik turşular, fermentlər, liflərlə zəngindir.
Belə zəngin tərkib ananası insan orqanizmi üçün olduqca faydalı edir.
İlk növbədə ananas insanın ürək-damar sistemi üçün çox faydalıdır. Kalium və maqneziumla zəngin olan ananas ürək əzələsini möhkəmləndirir, ödemləri və ürəyə olan gərginliyi azaldır.
Ananas qan damarlarına çox müsbət təsir edir - damarları möhkəmləndirir, onların elastikliyini artırır, tromblaşmanın qarşısını alır, aterosklerozun inkişafını ləngidir.
Varikoz xəstəliyi zamanı ananas çox yaxşı müalicəvi təsir edir.
Ananas arterial təzyiqi normallaşdırır, qanı duruldur.
Ananas sinir sistemi üçün də çox faydalıdır. Ananas stress və depressiya ilə mübarizə etməyə kömək edir, insanın əhvalını yaxşılaşdırır.
Ananas həzm prosesləri sürətləndirir. Bu səbəbdən həkimlər "ağır" yeməklərdən sonra 1 tikə ananas yeməyi tövsiyə edir. Bu mədədə ağırlıq hissinin əmələ gəlməsinə mane olacaq.
Liflərlə olduqca zəngin olan ananas bağırsaqları çox yaxşı təmizləyir və həmçinin onlara antiseptik təsir edir.
Ananas arıqlamağa kömək edir. Bu səbəbdən diyetoloqlar ananası bir çox pəhrizlərə daxil edirlər.
Ananas və onun şirəsi tənəffüs sistemi üçün də çox faydalıdır - bəlğəmi duruldur, bəlğəmin çıxmasını asanlaşdırır, nəfəs yollarına antiseptik və iltihabəleyhinə təsir göstərir.
Ananas immun sisteminə də çox müsbət təsir edir. Soyuq fəsillərdə orqanizmin infeksiyalara və viruslara olan davamlılığını artırmaq üçün tez-tez ananas yeyin.
Ananas kişi və qadın cinsiyyət sistemlərinə çox müsbət təsir edir. Belə hesab olunur ki, ananas qadınlarda menstruasiya zamanı ağrıları azaldır, kişilərdə potensiyanı yaxşılaşdırır.

Etiketlər: Ananas, ananas, təsir, zəngin, sistemi, faydalıdır, müsbət, azaldır, zamanı, olduqca, möhkəmləndirir, antiseptik, insanın, yaxşı, ananası, kömək, duruldur, yaxşılaşdırır, səbəbdən, diyetoloqlar
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica