• Brokkoli kələmi - müalicəvi tərəvəz

Reseptin məlumatları Baxış sayı: 3789

Tarix : 15.03.2017, 15:00

Bölmə : Faydalı bitkilər


Brokkoli çox faydalı və müalicəvi məhsuldur. Təəssüf ki, bu tərəvəz bizdə çox populyar deyil.
Qidalı liflərlə zəngin olan brokkoli bağırsaqları şalklardan, toksinlərdən və s. ziyanlı maddələrdən təmizləyir, həzm proseslərini yaxşılaşdırır.
Brokkoli bütün digər kələm növləri kimi azkalorilidir, orqanizmdə yağların mənimsənilməsini ləngidir və arıqlamağa yaxşı kömək edir.
Brokkolinin tərkibində beta-karotin var. Bu provitamin orqanizmdə A vitamininə çevrilir. A vitamini dərinin, saçların, dırnaqların vəziyyətinə müsbət təsir etdiyi üçün "gözəllik vitamini" sayılır.
Brokkolinin tərkibində nadir U vitamini də var. Bu vitamini "xora əleyhinə vitamin" adlandrırlar. U vitamini mədə-bağırsaq sistemində olan xoraların tez sağalmasına kömək edir.
Brokkoli ürək-damar sisteminə çox müsbət təsir edir, damarları möhkəmləndirir, pis xolesterinin səviyyəsini aşağı salır. Bildiyimiz kimi, artıq xolesterin damarlarda yığılaraq ateroskleroz xəstəliyinə səbəb olur. Ateroskleroz isə insult və infarktın əsas səbəblərindən biridir.
Sübut olunub ki, brokkoli sinir sisteminin fəaliyyətinə çox müsbət təsir edir. Son araşdırmalar göstərir ki, brokkoli autizm xəstəliyi olan uşaqlar üçün çox xeyirlidir.
Alimlərin fikirinə görə, xərçəngin profilaktikasında meyvə-tərəvəzlərin qəbulu ən əsas rollardan birini oynayır. Brokkoli kələmi xərçəng əleyhinə təsirinə görə birinci yer tutur.
Brokkolidə "indol-3-karbinol" və "sulforafan" maddələri aşkar olunub. Bu maddələr bir çox xərçəng xəstəliklərinin müalicəsində və profilaktikasında istifadə olunur.
Amerikada aparılan eksperimentlər zamanı süd vəzi xərçəngi olan siçanlara brokkolidən alınmış sulforafan yeridilirdi. Nəticədə xərçəng hüceyrələrinin sayı azalırdı və onların inkişafı ləngiyirdi. Həmçinin brokkoli ağ ciyər, mədə-bağırsaq sistemi xərçəngi və bir çox digər xərçəng növləri zamanı müalicəvi və profilaktik effektə malikdir.
Bu səbəbdən alimlər brokkolini "xərçəng əleyhinə" tərəvəz hesab edir və bu xəstəliklərin profilaktikası məqsədi ilə brokkolinin öz qidalanmasına daha tez-tez daxil etməyi tövsiyə edirlər.
Brokkolinin tərkibində olan sulforafan maddəsi həmçinin güclü iltihabəleyhinə təsirə malikdir və həmçinin immun sistemini gücləndirir.
Alimlərin fikirinə görə tənəffüs sistemi iltihabları zamanı brokkoli çox yaxşı müalicəvi təsir edir, bronxları və ağ ciyərləri təmizləyir.
Fol turşusu ilə zəngin olan brokkoli anemiya zamanı çox faydalıdır. Hamilə qadınlar bu tərəvəzi öz qidalanmasına mütləq daxil etməlidir. Fol turşusu döldə mümkün olan sinir sistemi qüsurlarının qarşısını alır.
Brokkolini buğda və ya az miqdarda suda bişirmək daha yaxşıdır. Bu halda brokkolinin tərkibində olan faydalı maddələr saxlanılır.

Etiketlər: brokkoli, xərçəng, vitamini, tərkibində, təsir, zamanı, Brokkoli, müsbət, Brokkolinin, əleyhinə, sulforafan, sistemi, müalicəvi, qidalanmasına, brokkolinin, daxil, həmçinin, kömək, bağırsaq, turşusu
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica