• Qurdları öldürən göyərtilər

Reseptin məlumatları Baxış sayı: 4409

Tarix : 29.03.2017, 10:00

Bölmə : Faydalı bitkilər


Göyərtilər müalicəvi xüsusiyyətlərə malikdir. Göyərtilər orqanizmi ona lazım olan bir çox vitaminlər, minerallar, efir yağları və s. vacib maddələrlə təmin edir, orqanizmə virus və mikrobəleyhinə təsir edir.
Bəzi göyərtilər orqanizmi müxtəlif qurdlardan təmizləmək xüsusiyyətinə malikdir. Bu göyərtilər arasında:
- Göy soğan və sarımsaq ən güclü parazit əleyhinə göyərtilər sayılır. Qidalanmanıza tez-tez bu göyərtiləri daxil edin.
- Fitonsidlərlə zəngin olan reyhan və tərxun da güclü qurdəleyhinə vasitədir.
- Keşniş və keşniş toxumu. Keşniş toxumu əsasında belə təbii qurdqovucu dərman hazırlamaq olar: 1/2 ç.q. keşniş toxumu 1 ç.q. balla qarışdırılır və səhər tezdən acqarına qəbul edilir. 30-40 dəqiqədən sonra qida qəbul etmək olar. Müalicə kursu - 10 gün.
- Şüyüdün yarpaqları, gövdələri, toxumları qurdları öldürür.
- Gicitkən. 1 x.q. xırdalanmış gicitkən 1 stəkan qaynar suda dəmlənir və gündə 3 dəfə 1 x.q. olmaqla içilir.
- Vəzəri də qurdəleyhinə təsirə malikdir.
Nəzərə almaq lazımdır ki, yaxşı yuyulmamış göyərtilərin üzərində qurdların yumurtaları ola bilər. Bu səbəbdən göyərtiləri əvvəl suya sirkə əlavə edilmiş suda islatmaq, sonra isə yaxşı yumaq lazımdır.

Etiketlər: malikdir, göyərtilər, toxumu, keşniş, göyərtiləri, yaxşı, Keşniş, lazımdır, qurdəleyhinə, güclü, Göyərtilər, sonra, qəbul, orqanizmi, stəkan, xırdalanmış, öldürür, qurdları, Gicitkən, gicitkən
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica