• Bizi qocalıqdan və xərçəngdən qoruyan bitkilər

Reseptin məlumatları Baxış sayı: 7539

Tarix : 29.03.2017, 19:00

Bölmə : Faydalı bitkilər




Bəzi bitkilərin tərkibində xüsusi "flavonoidlər" maddələri mövcuddur. Elmdə sübut olunub ki, bu bioloji aktiv maddələrin güclü antioksidant xüsusiyyətləri var.
Flavonoidlər əsl təbii dərmanlardır. Müşahidələr göstərib ki, qidalanması bu maddələrlə zəngin olan ölkələrdə (məsələn, Yaponiya, Fransa və s.) insanlar daha çox yaşayır və onlarda ürək-damar və s. yayılmış xəstəliklərə daha az rast gəlinir.

Flavonoidlərin faydalı xüsusiyyətləri arasında:
- orqanizmin hüceyrələrini dağılmaqdan qoruyur
- qocalma proseslərini ləngidir
- orqanizmi toksinlərdən və s. ziyanlı maddələrdən təmizləyir
- ürək-damar sistemini xəstəliklərdən qoruyur
- kapilyarları və damarları möhkəmləndirir
- aterosklerozun qarşısını alır
- qaraciyəri ziyanlı təsirlərdən qoruyur
- immun sistemini möhkəmləndirir
- iltihabəleyhinə təsir edir
- allergiyalardan qoruyur
- xərçəng əleyhinə təsir göstərir.

Flavonoidlərin əsas mənbələri:
- sitrus meyvələrin sedrası (qabığı)
- soğan (xüsusilə qırmızı soğan)
- qaragilə
- kakao, şokolad
- soya
- çaytikanı
- nar
- qara və qırmızı üzüm (xüsusilə qabıqları və çəyirdəkləri)
- qırmızı kələm
- qara və qırmızı qarağat
- moruq
- albalı
- yaşıl çay
- qanqal
- dazı otu

Etiketlər: qoruyur, qırmızı, möhkəmləndirir, Flavonoidlərin, damar, soğan, sistemini, ziyanlı, xüsusilə, təsir, xüsusiyyətləri, qaraciyəri, immun, allergiyalardan, iltihabəleyhinə, təsirlərdən, aterosklerozun, təmizləyir, maddələrdən, xəstəliklərdən
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN