• Sağlam qida cavanlıq meyvəsinin faydaları

Reseptin məlumatları Baxış sayı: 11 211

Tarix : 31-03-2017, 19:00

Bölmə : Faydalı bitkilər


Şaftalı Şərqdə cavanlığın və uzunömürlülüyün rəmzi sayılır.
Şaftalı çox faydalı diyetik məhsuldur. Diyetoloqlar şaftalı və şaftalı şirəsini uşaqlar və hamilə qadınların qidalanmasına daxil etməyi tövsiyə edirlər.
Şaftalı orqanimi möhkəmləndirmək xüsusiyyətə malikdir, immun sisteminin fəaliyyətinə müsbət təsir edir.
Şaftalı bağırsaqların fəaliyyətini yaxşılaşdırır və bu səbəbdən qəbizlikdən əziyyət çəkənlər üçün çox faydalıdır.
Şaftalı iştahanı artırır, həzmi yaxşılaşdırır.
Kalium və maqneziumla zəngin olan şaftalı ürək əzələsinin sağlamlığını qoruyur, ürəyin ritmini tənzimləyir. Ürək xəstəliklərindən əziyyət çəkənlər hər gün 1 stəkan şaftalı şirəsini içməlidir. Bu çox yaxşı müalicəvi və həmçinin profilaktik vasitədir.
Şaftalı yüngül sidikqovucu təsirə malikdir, böyrəkləri və sidik kisəsini təmizləyir.
Şaftalı əqli fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalıdır - beyinin fəaliyyətinə müsbət təsir edir, yaddaşı yaxşılaşdırır.
Şaftalı insanın əhval-ruhiyyəsini yaxşılaşdırır, stressi azaldır. Şaftalı yağının iyi baş ağrıları zamanı çox yaxşı kömək edir.
Şaftalı və şaftalı yağı kosmetologiyada çox geniş istifadə olunur. Şaftalı dərini cavanlaşdırır, daha elastik və dartılmış edir.
Etiketlər: Şaftalı, şaftalı, yaxşılaşdırır, təsir, fəaliyyətinə, müsbət, əziyyət, yaxşı, faydalıdır, çəkənlər, şirəsini, malikdir, cavanlaşdırır, təsirə, sidikqovucu, dərini, olunur, istifadə, sidik, böyrəkləri
BİZİ İZLƏYİN