• Hansı qarağat daha faydalıdır: qırmızı yoxsa qara?

Reseptin məlumatları Baxış sayı: 6423

Tarix : 1.04.2017, 19:00

Bölmə : Faydalı bitkilər




Həm qırmızı, həm də qara qarağat insanın sağlamlığı üçün olduqca faydalıdır. Onların tərkibində bir çox vitaminlər, minerallar, orqanik turşular, qidalı liflər və s. faydalı maddələr var.
Baxmayaraq ki, qarağatlar yaxın "qohumlardır", onların tərkibində olan faydalı maddələrin miqdarı xeyli fərqlənir. Gəlin birlikdə hansı qarağatın daha faydalı olduğunu təyin edək. Bunun üçün sizə bəzi faktlar təqdim edirik:

- 100 qr qara qarağatın tərkibində C vitaminin 2 sutkalıq dozası, 100 qr qırmızı qarağatın tərkibində isə yarım sutkalıq C vitamini dozası var. C vitamini insanın sağlamlığı üçün olduqca vacibdir. Onun əsas vəzifələrindən biri damarlarımızın sağlamlığını qorumaq, onları elastik və möhkəm etməkdir.
- Orqanizm üçün çox faydalı olan Omeqa-3 yağlı turşularının miqdarı qara qarağatda 2 dəfə çoxdur. Bu faydalı maddələr sinir toxumasının normal fəaliyyəti, infarkt və insultun profilaktikası üçün çox vacibdir. Omeqa-3 yağlı turşular beyini qoruyur və yaşlı insanlarda inkişaf edən ağıl zəifliyinin qarşısnı alır.
- Ürəyin normal fəaliyyəti üçün çox vacib olan kalium və maqnezium mineralları qara qarağatda qırmızı qarağatla müayisədə daha çoxdur.

Etiketlər: faydalı, tərkibində, qarağatın, qırmızı, sutkalıq, miqdarı, fəaliyyəti, vitamini, vacibdir, qarağatda, çoxdur, yağlı, Omeqa, maddələr, normal, dozası, turşular, insanın, olduqca, sağlamlığı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN