• Motmotu nə ilə faydalıdır?

Reseptin məlumatları Baxış sayı: 5312

Tarix : 2.04.2017, 15:00

Bölmə : Faydalı bitkilər




Motmotu orta əsrlərdən Avropa ölkələrində tanınır. O vaxt Avropada bu giləmeyvədən şərab hazırlayırdılar.
Rusiyada motmotu ən sevilən giləmeyvələrdən biri olub. Rusiyada motmotudan mürəbbə bişirirdilər. Giləmeyvələrin qiymətli zümrüd daşlarına oxşamağına görə bu mürəbbəni "çar mürəbbəsi" adlandırırdılar. Bişirilmə zamanı hər giləmeyvə toxumlardan təmizlənirdi, hər giləmeyvənin içinə fındıq qoyulurdu. Motmotu mürəbbəsi bahalı idi və yalnız varlı insanların evlərində bişirilirdi.
Motmotunun növləri çoxdur, onun rəngi acıq yaşıldan yaqut rənginə qədər olur.
Motmotu C vitamini ilə olduqca zəngindir. Bu vitamin güclü antiokisdantdır, orqanizmin bir çox vacib proseslərində iştirak edir, iltihabları azaldır, immun sistemini gücləndirir.
Motmotuda C vitamini, məsələn, daha populyar moruqdan 2 dəfə çoxdur.
Motmotu həmçinin B6 vitamini ilə zəngindir. Bu vitamin sinir sisteminin normal fəaliyyəti üçün çox vacibdir - sinir sistemində gərginliyi azaldır.
Motmotu pektinlə zəngindir. Bu maddə bağırsaqların fəaliyyətinə müsbət təsir edir, orqanizmi ziyanlı maddələrdən təmizləyr.
Motmotu mübadilə proseslərinə müsbət təsir edir, arıqlamağa kömək edir.
Bu giləmeyvə anemiyadan (qanazlığı) əziyyət çəkənlər üçün çox faydalıdır.
Motmotu qəbizlik zamanı faydalıdır. Xalq təbibləri bu giləmeyvəni bişirib suyunu qəbizlikdən əziyyət çəkənlərə verirdilər.
Motmotu yüngül sidikqovucu təsirə malikdir, şişkinliyi azaldır, böyrəkləri və sidik kisəsini təmizləyir.
C vitamini və rutinlə zəngin olan bu faydalı giləmeyvə damarların sağlamlığını qoruyur.
Nəzərə almaq lazımdır ki, motmotu bəzi mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkənlərə ziyanlıdır, bəzən allergiyaya səbəb ola bilər.

Etiketlər: Motmotu, vitamini, giləmeyvə, azaldır, zəngindir, əziyyət, sinir, təsir, zamanı, mürəbbəsi, müsbət, faydalıdır, vitamin, çoxdur, Rusiyada, motmotu, çəkənlərə, arıqlamağa, qanazlığı, qəbizlik
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica