• Üzüm yarpaqlarından çay. Çox faydalı!

Reseptin məlumatları Baxış sayı: 976

Tarix : 3.05.2017, 19:00

Bölmə : Faydalı bitkilər




Yay orqanizmi təmizləmək, möhkəmləndirmək və daha sağlam etmək üçün ən yaxşı vaxtdır.
Bu məqsədlə yayda adi qara çayın əvəzinə faydalı ot və bitki çayları için.
Üzüm yarpaqlarından çox faydalı müalicəvi çay hazırlamaq olar.
10 orta ölçüdə olan təzə üzüm yarpağı termosa qoyulur, üzərinə 2 stəkan qaynar su tökülür, axşamdan səhərə qədər qalır. Səhər dəmləməni yaxşı süzün və gün ərzində adi çay kimi qəbul edin. Çaya 1 dilim limon, bal əlavə edə bilərsiniz.

Bu müalicəvi çayın bir çox faydaları var:
- antioksidantlarla zəngin olduğundan orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərin, xərçəngin qarşısını alır
- orqanizmi ziyanlı maddələrdən təmizləyir
- podaqra zamanı çox faydalıdır
- mikrobəleyhinə təsirə malikdir
- damarları möhkəmləndirir, varikoz zamanı faydalıdır
- ağız boşluğu iltihabları, damaqların həssas olması və qanaması zamanı çox yaxşı müalicəvi təsir edir
- ishalı müalicə edir, bağırsaqları "yığır"
- böyrəkləri və sidik kisəsini təmizləyir
- şişkinliyi azaldır
- qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır
- hamilə qadınlarda ürəkbulanması zamanı kömək edir
- öskürək zamanı müalicəvi təsir edir.

Etiketlər: zamanı, müalicəvi, yaxşı, orqanizmi, faydalıdır, təsir, çayın, faydalı, təmizləyir, iltihabları, boşluğu, damaqların, olması, qanaması, varikoz, həssas, ziyanlı, maddələrdən, mikrobəleyhinə, təsirə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN