• Sarı qarpızın faydaları

Reseptin məlumatları Baxış sayı: 363

Tarix : 2.04.2017, 19:00

Bölmə : Faydalı bitkilər


Sarı qarpız adi qarpızın bir növüdür. Sarı qarpız əsasən İspaniyada və Tailandda bitir.
Lakin son zamanlar bu qeyri-adi giləmeyvə bir çox digər ölkələrdə də (Çin, Misir, Yunanıstan, Rusiya və s.) yetişdirilir.
Sarı qarpız təbii məhsuldur, onun çox xoş şirin dadı var. Yaxşı keyfiyyətli sarı qarpız insan sağlamlığı üçün çox faydalıdır.
Sarı qarpız azkalorili məhsuldur, orqanizmi təmizləyir, sidikqovucu təsirə malikdir.
Sarı qarpız A vitamini ilə zəngindir. A vitamini "cavanlıq vitamini" sayılır. Bu vitamin qocalma proseslərini ləngidir, xroniki xəstəliklərin inkişafının qarşısını alır, görmə üçün çox vacibdir.
Həmçinin sarı qarpızın tərkibində B qrupu və C vitaminləri də var. B qrupu vitaminləri sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir, C vitamini isə damarlarımızı möhkəm və elastik edir, immun sistemini möhkəmləndirir.
Sarı qarpızın tərkibində kalium və maqnezium var. Bu iki mineral ürək-damar sisteminin sağlamlığı üçün olduqca vacibdir.
Liflərlə zəngin olan qarpız bağırsaqları təmizləyir. Həmçinin qarpız qaraciyər üçün ən faydalı məhsullardan biridir.

Etiketlər: qarpız, vitamini, vacibdir, qarpızın, vitaminləri, sisteminin, sağlamlığı, təmizləyir, Həmçinin, olduqca, tərkibində, qrupu, məhsuldur, qaraciyər, faydalı, bağırsaqları, zəngin, Liflərlə, məhsullardan, görmə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica