• Alimlər narı superməhsul təyin ediblər

Reseptin məlumatları Baxış sayı: 2 165

Tarix : 3-04-2017, 10:00

Bölmə : Faydalı bitkilər


İsveçrə alimləri aşkar ediblər ki, narın tərkibində olan maddə yaşlaşmanı xeyli ləngidir. Alimlər narın tərkibində "ellagitannin" maddələri aşkar ediblər.
Bu maddələr bağırsaqlarda parçalanaraq "urolitin A" maddəsinə çevrilir.
Reuters xəbər verir ki, eksperimentlər zamanı tədqiqatçılar urolitin A maddəsini siçanların orqanizminə yeridirdilər. Nəticədə siçanların yükləmələrə olan davamlılığı 50%-ə yaxın artıb.
Hal hazırda alimlər narın tərkibində olan maddənin əsasında xüsusi qida əlavəsi hazırlayırlar ki, bu yeni preparat yaşlı insanların gücünü və yükləmələrə olan davamlılığını xeyli artıracaq.
Ümumiyyətlə bütün dünya alimləri narın müalicəvi və profilaktik xüsusiyyətlərini çox yüksək qiymətləndirir, narı insan sağlamlığı üçün ən faydalı məhsul, hətta superməhsul hesab edirlər.
Etiketlər: narın, tərkibində, xeyli, urolitin, yükləmələrə, alimləri, ediblər, siçanların, aşkar, gücünü, Ümumiyyətlə, insanların, artıracaq, davamlılığını, hazırlayırlar, xüsusi, əsasında, əlavəsi, bütün, preparat
BİZİ İZLƏYİN