• Göyəm - gözlər və damarlar üçün faydalı meyvə

Reseptin məlumatları Baxış sayı: 1452

Tarix : 3.04.2017, 15:00

Bölmə : Faydalı bitkilər




Göyəm çox dadlı və faydalı meyvədir, onun bir çox müalicəvi xüsusiyyətləri var.
Göyəmin meyvələri, yarpaqları, ağacının qabığı, kökü xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.
Göyəm müxtəlif faydalı maddələrlə zəngindir. Onun tərkibində orqanik turşular, pektinlər, büzücü maddələr, fitonsidlər, efir yağları, flavonoidlər, vitaminlər (xüsusilə P, C, B qrupu), minerallar (xüsusilə kalium) var.
Göyəmin güllərindən və yarpaqlarından çox faydalı müalicəvi çay hazırlayırlar. Bu çay bağırsaqların fəaliyyətini yaxşılaşdırır, yüngül işlətmə dərman kimi təsir edir, orqanizmdən toksinləri və şlakları xaric edir, sakitləşdirir.
5 x.q. gül və (və ya) yarpaq termosda 1 l qaynar suda dəmlənilir və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla içilir.
Göyəmin meyvələri damarları möhkəmləndirir, onların elastikliyini artırır.
Fitonsidlərlə zəngin olan göyəm mikrob əleyhinə təsirə malikdir.
Göyəm və göyəm kompotu diareya (ishal) zamanı çox yaxşı kömək edir, bağırsaqları "yığır", bağırsaqlara antiseptik təsir edir.
Göyəm antosian maddələrlə zəngindir. Bu maddələr güclü antioksidantlardır. Antioksidantlar orqanizmdə hüceyrə səviyəsində qocalma proseslərini ləngidir, insanın həyatını uzadır.
Həmçinin antosian maddələri gözlərin torlu qişasını möhkəmləndirir, göz təzyiqini normallaşdırır, göz yorğunluğunu azaldır. Bütün bunlar görmənin yaxşılaşmasına kömək edir.
Göyəmin bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq göyəm qastrit və xora xəstəliklərindən əziyyət çəkən insanlar üçün ziyanlıdır. Bundan əlavə göyəm allergik reaksiyalara səbəb ola bilər.
Etiketlər: Göyəm, Göyəmin, göyəm, faydalı, kömək, möhkəmləndirir, təsir, maddələrlə, antosian, maddələr, müxtəlif, xüsusilə, zəngindir, meyvələri, müalicəvi, səviyəsində, kompotu, hüceyrə, orqanizmdə, qocalma
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN