• Üzümün saysız faydaları

Reseptin məlumatları Baxış sayı: 3 068

Tarix : 5-04-2017, 19:00

Bölmə : Faydalı bitkilər


Çox zəngin kimyəvi tərkibə malik olan üzüm olduqca faydalı meyvədir. Onun tərkibində orqanik turşular, vitaminlər (A, C, B6), fol turşusu, antioksidantlar, minerallar (sink, dəmir, mis, kalium, maqnezium) və s. faydalı maddələr var.
Üzüm ürək-damar sistemi üçün ən faydalı meyvələrdən biri sayılır. Üzüm ürəyin fəaliyyətini yaxşılaşdırır, damarlarda trombların əmələ gəlmə riskini azaldır, damarları genişləndirir, qanda "pis" xolesterinin səviyyəsini aşağı salır, qanazlığı zamanı kömək edir. Ürək üçün qara üzüm daha faydalıdır. Ümumiyyətlə üzümün tünd növləri insan sağlamlığı üçün ağ üzümlə müqayisədə daha faydalı sayılır.
Üzüm qaraciyəri çox yaxşı təmizləyir, fəaliyyətini yaxşılaşdırır, möhkəmləndirir.
Üzüm falvonoid maddələrlə çox zəngindir. Bu maddələr güclü antiokidantlardır - orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərin inkişafının riskini azaldır.
Sidikqovucu təsirə malik olan üzüm böyrəklərin sağlamlığını qoruyur.
Üzüm sinir sisteminə də çox müsbət təsir edir - sinir gərginliyini və yorğunluğu azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır.
Üzüm ağciyərlərin və nəfəs yollarının vəziyyətini yaxşılaşdırır. Bu səbəbdən üzüm nəfəsalma sistemində problemləri olan və həmçinin siqaret çəkən insanlar üçün də çox faydalıdır.
Üzüm immun sistemini möhkəmləndirir, infeksiyalara qarşı davamlılığını artırır.
Üzüm yedikdə çəyirdəkləri atmayın, onları çeynəyib udun. Sübut olunub ki, üzüm çəyirdəklərinin tərkibində olan maddələr xərçəngəleyhinə təsirə malikdir.
Etiketlər: faydalı, yaxşılaşdırır, azaldır, maddələr, faydalıdır, təsirə, fəaliyyətini, möhkəmləndirir, riskini, sayılır, tərkibində, malik, sinir, yorğunluğu, nəfəs, vəziyyətini, yollarının, ağciyərlərin, ruhiyyəni, əhval
BİZİ İZLƏYİN