• Üzüm yeyəndə çəyirdəkləri çeynəyib udun

Reseptin məlumatları Baxış sayı: 591

Tarix : 6.04.2017, 15:00

Bölmə : Faydalı bitkilər




Üzüm ən faydalı meyvələrdən biridir. Lakin mütəxəssislərin fikrinə görə, üzüm çəyirdəkləri üzümün özündan daha faydalıdır.
Alimlər sübut edib ki, üzümün tərkibində olan faydalı maddələrin 80%-i məhz onun çəyirdəklərindədir.
Üzüm çəyirdəkləri tibdə və kosmetologiyada çox qiymətli müalicəvi məhsul sayılır. Üzüm çəyirdəklərdən yağ, müxtəlif müalicəvi ekstraktlar hazırlanır.
Üzüm çəyirdəyi E vitamini ilə olduqca zəngindir. Bu vitamin ən güclü antioksidantlardan biridir. Antioksidantlar insan orqanizmini müxtəlif ziyanlı təsirlərdən qoruyur. E vitamini üzüm çəyirdəyi yağında zeytun yağı ilə müqayisədə 10 dəfə çoxdur.
Üzüm çəyirdəyinin tərkibində olan Omeqa-6 yağlı turşular damarları aterosklerozdan qoruyur. Nəzərinizə çatdıraq ki, ateroskleroz infarkt və insultun əsas səbəbidir.
Üzüm çəyirdəyinin tərkibində olan unikal resveratrol maddəsi ürəyi və damarları qoruyur.

Üzüm çəyirdəyinin digər faydaları arasında:
- bağırsaqları mexaniki olaraq təmizləyir
- şiş xəstəliklərinin riskini azaldır
- qurd əleyhinə təsirə malikdir.

Üzüm çəyirdəklərindən fayda almaq üçün üzüm yedikdə çəyirdəkləri yaxşı çeynəmək lazımdır. Yalnız bu halda onların tərkibində olan faydalı maddələr orqanizmə düşə bilər.
Nəzərə almaq lazımdır ki, mədə-bağırsaq sistemi xroniki xəstəlikləri zamanı üzüm çəyirdəklərini yemək tövsiyə edilmir. Həmçinin onları yedikdə ehtiyatlı olun, diş emalı zədələnə bilər.

Etiketlər: tərkibində, qoruyur, çəyirdəyinin, çəyirdəkləri, faydalı, yedikdə, damarları, almaq, müalicəvi, müxtəlif, çəyirdəyi, biridir, üzümün, lazımdır, bilər, vitamini, fayda, malikdir, təsirə, çəyirdəklərindən
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN