• Göyərtilərin naməlum faydaları

Reseptin məlumatları Baxış sayı: 2 434

Tarix : 4-05-2017, 11:00

Bölmə : Faydalı bitkilər


Hamı bilir ki, göyərtilər çox faydalıdır. Lakin onların əsl müalicəvi xüsusiyyətləri haqqında çoxlarımızın xəbəri yoxdur. Sizə göyərtilərin müalicəvi xüsusiyyətlərini təqdim edirik.
Reyhan - qan dövranını yaxşılaşdırır, nəfəs yollarını təmizləyir, qanda şəkərin səviyyəsini tənzimləyir, orqanizmi sərbəst radikalların təsirindən qoruyur, iltihabəleyhinə və qurdqovucu təsirə malikdir.
Kərəviz - orqanizmi onkoloji xəstəliklərdən qoruyur, göbələk və mikrobəleyhinə təsirə malikdir, həzm və mübadilə prosesləri yaxşılaşdırır, böyrəkləri təmizləyir, ürək-damar sistemi üçün faydalıdır.
Şüyüd - həzm sistemi üçün olduqca faydalıdır, qanda şəkərin və xolesterinin səviyyəsini tənzimləyir. Son elmi araşdırmalar sübut edib ki, şüyüd və onun toxumları güclü xərçəngəleyhinə təsirə malikdir.
Yaşıl soğan - antiseptik və iltihabəleyhinə təsirə malikdir, immun sistemini gücləndirir, güclü afrodiziakdır (cinsi həvəsi artırır).
Cəfəri - böyrəklər və qan sistemi üçün çox faydalıdır, xərçəngəleyhinə təsirə malikdir.
Vəzəri - qan üçün çox faydalıdır, qan xərçənginin inkişafının qarşısını alır.
Keşniş - güclü antiseptik, iltihab və mikrobəleyhinə xüsusiyyətlərə malikdir, ödemlərlə mübarizə aparır, böyrəkləri təmizləyir, orada olan duzları və qumu xaric edir.
İspanaq - qanın tərkibinə müsbət təsir edir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısnı alır, tərkibində fol turşusunun olduğuna görə hamilə qadınlar üçün faydalıdır.
Etiketlər: malikdir, faydalıdır, təsirə, yaxşılaşdırır, güclü, təmizləyir, sistemi, şəkərin, səviyyəsini, qanda, antiseptik, iltihabəleyhinə, qoruyur, mikrobəleyhinə, orqanizmi, tənzimləyir, böyrəkləri, xərçəngəleyhinə, müalicəvi, gücləndirir
BİZİ İZLƏYİN