• Qara əncir - təbii dərman

Reseptin məlumatları Baxış sayı: 3 319

Tarix : 29-03-2018, 18:00

Bölmə : Faydalı bitkilər


Qara əncir müalicəvi məhsul sayılır. Onun müalicəvi xüsusiyyətlərini tək xalq təbabəti deyil, ənənəvi təbabətdə də təsdiq edir və yüksək qiymətləndirir.
"Fisin" maddəsi ilə olduqca zəngin olan qara əncir qan damarlarını təmizləyir, onları daha elastik və möhkəm edir. Bu səbəbdən qara əncir aterosklerozun və damarlarda trombların əmələ gəlməsinin əsas profilaktik vasitələrdən biridir.
Qara əncir qanazlığı zamanı çox faydalıdır, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürəyi möhkəmləndirir.
Qara əncir beyinin fəaliyyətinə, beyin damarlarının vəziyyətinə çox müsbət təsir edir.
Bronxit, nəfəs yolları iltihabları zamanı qara əncir çox güclü müalicəvi təsir edir - nəfəs yollarını selikdən və mikroblardan təmizləyir, iltihabı azaldır.
Böyrək xəstəlikləri zamanı da qara əncir müalicəvi təsir edir - böyrəkləri təmizləyir, iltihabı azaldır.
Qara əncir insanın enerjisini artırır, insana güc verir.
Qara əncirin badamla qarışığı qədim zamanlardan zəiflənmiş, çəkisini itirmiş, iştahası pis olan insanlara müalicəvi və ümumi möhkəmləndirici vasitə kimi verilir.
Etiketlər: əncir, müalicəvi, təsir, təmizləyir, zamanı, azaldır, nəfəs, iltihabı, vəziyyətinə, xəstəlikləri, böyrəkləri, mikroblardan, Böyrək, yollarını, yolları, Bronxit, iltihabları, insanın, müsbət, güclü
BİZİ İZLƏYİN