• Alma şirəsinin müalicəvi xüsusiyyətləri

Reseptin məlumatları Baxış sayı: 2 490

Tarix : 10-04-2017, 09:00

Bölmə : Faydalı bitkilər


Alma şirəsi ən populyar və sevilən şirələrdən biridir. Dadlı və ətirli alma şirəsi həmçinin çox faydalı, müalicəvi məhsuldur.

Alma şirəsinin faydalı xüsusiyyətləri arasında:
- orqanizmi toksinlər, şlaklar, ağır metalların duzları, sərbəst radikallardan təmizləyir
- orqanizmin tonusunu qaldırır ki, insan özünü daha gümrah hiss edir
- qanda "pis" xolesterinin səviyyəsini aşağı salır
- damarları təmizləyir, möhkəmləndirir, daha elastik edir
- ürəyi möhkəmləndirir
- həzm prosesləri yaxşılaşdırır və sürətləndirir
- arıqlamağa kömək edir
- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir
- qanazlığı zamanı faydalıdır
- sidik və ödqovucu təsirə malikdir
- sinir sisteminə müsbət təsir edir, stressi azaldır
- soyuqdəymənin profilaktik vasitəsidir.

Nəzərə almaq lazımdır ki, orqanik turşularla zəngin olan alma şirəsi qastrit və xora xəstəliyi zamanı ziyanlıdır.
Gün ərzində 1 stəkan təzə sıxılmış alma şirəsini içmək olar.
Etiketlər: şirəsi, təmizləyir, zamanı, faydalı, möhkəmləndirir, yaxşılaşdırır, təsir, təsirə, malikdir, müsbət, ödqovucu, sinir, sisteminə, qanazlığı, bağırsaqların, kömək, fəaliyyətini, bağırsaqları, faydalıdır, sidik
BİZİ İZLƏYİN