• Bu göyərti qan xərçəngindən qoruyur

Reseptin məlumatları Baxış sayı: 2 947

Tarix : 31-03-2018, 18:00

Bölmə : Faydalı bitkilər


Araşdırmalar göstərib ki, vəzəri qan hüceyrələrini qoruyur və hətta qan xərçənginin riskini azaldır.
Vəzərinin qan üçün faydaları qədim zamanlardan məlumdur. Hələ dahi Hippokrat öz elmi əsərlərində vurğulayırdı ki, bu ot qanı təmizləyir.
Qədim Misirdə vəzəri və onun toxumları cinsi zəifliyinin müalicəsində istifadə olunurdu.
Xalq təbabətində vəzəri iltihabəleyhinə və bəlğəmgətirici vasitə kimi istifadə olunur. Öskürək və bronxit zamanı bu kimi faydalı qarışıqdan istifadə edin: 3 x.q. xırda doğranmış vəzərinin üzərinə 1 stəkan isti su tökün, 1 saat ərzində termosda dəmləyin, gün ərzində 2-3 dəfə stəkanın 1/3 hissəsi olmaqla için.
Yuxusuzluqdan əziyyət çəkirsinizsə vəzəri dəmləməsinə 1 ç.q. bal əlavə edin və yatmazdan əvvəl yarım stəkan olmaqla için.
Vəzəri damarlar üçün çox faydalıdır, hipertoniyanın inkişafının qarşısını alır, təzyiqi normallaşdırır, orqanizmdən artıq mayeni xaric edir.
Son araşdırmalar vəzərinin görmə üçün faydasını göstərib.
Vəzəri sinir sistemi üçün də çox faydalıdır, yuxusuzluqla mübarizə etməyə kömək edir, həzm proseslərini normallaşdırır, immun sisteminə müsbət təsir edir.
Yodla zəngin olan vəzəri qalxanvari vəzi üçün faydalı məhsullardan biri sayılır.
Etiketlər: vəzəri, istifadə, vəzərinin, faydalıdır, Vəzəri, stəkan, faydalı, ərzində, normallaşdırır, olmaqla, göstərib, hipertoniyanın, təzyiqi, damarlar, inkişafının, qarşısını, əvvəl, çəkirsinizsə, əziyyət, Yuxusuzluqdan
BİZİ İZLƏYİN