• Bu ədviyyat yaddaşı yaxşılaşdırır və arıqlamağa kömək edir

Reseptin məlumatları Baxış sayı: 2 920

Tarix : 4-05-2017, 10:00

Bölmə : Faydalı bitkilər


Darçın ən tanınmış və faydalı ədviyyatlardan biridir. Darçının bir çox möhtəşəm xüsusiyyətləri var.
Amerika alimlərinin son araşdırması darçının yaddaşı və öyrənmə qabiliyyətini yaxşılaşdıran xüsusiyyətini aşkar edib. Bu səbəbdən mütəxəssislər darçını tələbə və şagirdlər üçün xüsusilə faydalı hesab edir və ədviyyatı onlar üçün hazırlanan desertlər və digər qidalara əlavə etməyi tövsiyə edirlər.
Bundan əlavə darçın qanda şəkərin səviyyəsini tənzimləməyə və arıqlamağa kömək edir.
1 stəkan qatığa 1/3 çay qaşığı darçın əlavə edin, qarışdırın və gündə 1 dəfə yeməkdən əvvəl için. Bu vasitə daha tez arıqlamağa kömək edəcək.
Alimlər darçını yağlı qidalara əlavə etməyi tövsiyə edir ki, bu piylərin parçalanmasını sürətləndirir.
Alimlər toz şəklində deyil, borucuqlar şəklində olan darçından istifadə etməyi tövsiyə edirlər. İstifadə etdikdən əvvəl borucuğu üyüdün və qidalara, içikilərə və s. əlavə edin.
Etiketlər: möhtəşəm, əlavə, qidalara, etməyi, tövsiyə, şəklində, darçını, kömək, əvvəl, darçın, faydalı, edirlər, arıqlamağa, Alimlər, qarışdırın, qatığa, qaşığı, tənzimləməyə, qanda, şəkərin, səviyyəsini
BİZİ İZLƏYİN