• Qaraqınıq (oreqano) nədir?

Reseptin məlumatları Baxış sayı: 33 553

Tarix : 20-05-2017, 11:00

Bölmə : Faydalı bitkilər


Xalq arasında bu bitkiyə kəkotu deyirlər. Adi qaraqınıq (lat. Origanum vulgare) və ya Qara yarpız - dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növüdür.

Qurudulmush qaraqınıq otundan çay dəmləyib içmək , xroniki mədə-baqırsaq xəstəliklərində hezm prosesini yaxşılaşdırır, ishtahanı açır, mədə şərəsi azlığında , mədə-baqırsaq traktı xəstəliklərində yaxşı təsir göstərir, mədədə iltihabı və spazmanı aradan götürür. Qaraqınıq otundan hazırlanmış çay soyuqdəymədə tərlədici vasitə kimi istifadə edilir, boğaz ağrılarında qarqara kimi istifadə edilir. Öskürəyə qarşı yaxşı təsir göstərir, mərkəzi sinir sistemini sakitləşdirir, həzm prosesini nizamlayır, tər vəzilərinin fəaliyyətini artırır, bağırsaq peristaltikasını gücləndirir. Qaraqınıq bitkisinin efir yağından diş ağrılarında istifadə edilir.

Bu otunun tərkibinə büzücü maddələr,flavanoidlər, askorbin turşusu və efir yağları (0,3-1%) – timol, onun izomeri olan karvakrol, terpentin daxildir.
İstifadəsinə göstəriş: Qaraqınıq otunu ödqovucu, sidikqovucu, bəlğəmgətirici,antiseptik, işlədici, iltihab əleyhinə maddə kimi ekzemada, anoreksiyada, xolestitdə, nefritidə, anginalarda. Bronxitdə, enteritdə, qəbizlikdə, alqodismenoreyada, sadə kəskin vaginitdə və s. istifadə olunur.

Hamiləlik zanamı istifadəsi qadağandır.

İstifadə qaydası:
1 xörək qaşığı (10 qr) xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə qaynar su hamamında dəmlənir, soyudulur, süzülür və gündə 3-4 dəfə hər dəfə 1 xörək qaşığı içilir. Eləcə də xaricə islatma şəklində və ya üzərinə qaynamış su əlavə etməklə (200 ml) uşaqlıq yolunu yumaq üçün istifadə olunur.
Etiketlər: istifadə, Qaraqınıq, qaraqınıq, edilir, yaxşı, qaynar, ağrılarında, xəstəliklərində, təsir, qaşığı, olunur, xörək, baqırsaq, üzərinə, göstərir, prosesini, otundan, qəbizlikdə, göstəriş, otunu
BİZİ İZLƏYİN