• Hər dərdə dəva olan heyvanın faydaları

Reseptin məlumatları Baxış sayı: 768

Tarix : 25.05.2017, 09:00

Bölmə : Faydalı bitkilər




A və B vitaminləri ilə zəngin olan heyva qış fəslinin əvəzolunmaz meyvələrindən biridir. Şəkər miqdarı olduqca aşağı olan bu meyvə eyni zamanda insanı rahatlatmaq və sakitləşdirmək xüsusiyyətinə malikdir.

Heyvanın bilmədiyiniz digər faydaları:
- Mədə və bağırsaqları gücləndirir.
- İshalı kəsməkdə təsirlidir.
- Qara ciyərin fəaliyyətini yaxşılaşdırır.
- Qanı təmizləyir.
- Ürək döyüntüsünə xeyir edir. Ürəyə qüvvət verir və rahatladır.
- Öskürməyə faydalıdır. - Dərini təmizləyir, dırnaqları bərkidir.
- Varikozun qarşısını alır.

Bundan başqa, heyva ağ ciyər, böyrək, boğaz, göz və ağız sağlamlığı üçün də faydalıdır. Heyva damar sərtliyinə xeyir edir, təzyiqi endirir. Yarpaqlarından hazırlanan çay ürək ağrılarına yaxşı təsir edir və insanı sakitləşdirir. Həmçinin yarpaqlarını qaynadıb, suyu ilə qarqara etmək, yarpaqlarını isə boğaza kompress kimi qoymaq boğaz ağrısının və şişməsinin keçməsinə kömək edir. Kərə yağında bişirilən heyva nəfəs yolu xəstəliklərinə, xroniki öskürəyə, bronxitə və vərəm xəstəliyinə xeyirlidir. Heyva çiçəyini bal ilə qatıb udanda baş ağrısını kəsir. Bundan başqa, heyvanın çiçəyini qaynadıb, suyunu içmək ürək döyüntüsünü kəsir, ürəyi qüvvətləndirir və ananın südünü artırır. Heyva qanamanı dayandırmaqda da təsirlidir. Burnunuz qanayarkən heyva suyunu burna çəkmək qanamanı dayandırmağınıza kömək edəcəkdir. Bundan əlavə, heyvanın üzərindəki tükləri qanayan yerə qoyduqda da qanamanı kəsir. Heyvanın özünü və tumunu qaynadıb suyunu içmək qadınlarda doğumu asanlaşdırır, iştah açır, böyrək və sidik yolu iltihablanmalarının qarşısını alır. Gözlərə xeyirlidir. Göz ağı, göz qapağı və kirpiklərin iltihablanması zamanı heyva yarpağını qaynadıb soyutduqdan sonra gözlər bu su ilə gündə bir neçə dəfə yuyulur.

Etiketlər: heyva, qaynadıb, Bundan, suyunu, kəsir, Heyva, qanamanı, Heyvanın, təmizləyir, böyrək, heyvanın, içmək, çiçəyini, boğaz, yarpaqlarını, kömək, qarşısını, faydalıdır, başqa, xeyir
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN