• Nanənin möcüzəvi faydaları

Reseptin məlumatları Baxış sayı: 3 276

Tarix : 25-05-2017, 11:00

Bölmə : Faydalı bitkilər


Xüsusilə mədə problemlərinə xeyri olan nanənin daha bir çox faydası var.

Bunlardan bəzilərini sizin diqqətinizə çatdırırıq.

- Nəfəs almanı asanlaşdırır.

-Qaraciyər çatışmazlığı problemini aradan qaldırır.

- Öd kisəsinin fəaliyyətini nizamlayır. Aybaşı qanamalarının müntəzəm və ağrısız olmasına şərait yaradır.

- Bağırsaq spazmasını keçirir.

- Həzmi asanlaşdırır.

- Astım, qrip, bronxit və öskürək üçün faydalıdır.

- Sükunət verir. Əl və ayaqların titrəməsi, dilin tutulması, iflic və yuxusuzluq kimi problemlər zamanı istifadə olunur. Həyəcanı və qorxunu keçirtməkdə faydalıdır. Sinir sistemini qüvvətləndirir.

- Qusmaların qarşısını alır. İstiliyi salır.

- Süd verən analarda şişən döşlərin şişini yatırdır.

- Miqren, yuxusuzluq və baş gicəllənməsində faydalıdır.

- Soyuq dəyməsi hallarında istifadəsi yaxşı təsir edir.

- Bağırsaq qurdlarının tökülməsində köməkçidir. Mədə ağrısını kəsir. Ancaq mədəsində qastrit olanlar artıq istifadə etməməlidirlər.

Qeyd: Nanə uşaqlığı incəltdiyi üçün hamilələrin bunu istifadə edərkən diqqətli olmaları lazımdır. İlk aylarında həddindən artıq istifadə olunması uşaq salmağa səbəb ola bilər.

Nanə çayı necə hazırlanır?
3-4 ədəd təzə nanə yarpağını bir qaba düzün və 24 saat saxlayın. Qurumuş yarpaqları əlinizdə ovun. Bir dəm çaynikində suyu qaynadıb götürdükdən sonra həmin ovuqdan 3 çay qaşığı tökün və 20 dəqiqə dəmlənməsini gözləyin. İstəsəniz, çayınızı limon və ya balla içə bilərsiniz.
Etiketlər: istifadə, faydalıdır, asanlaşdırır, yuxusuzluq, Bağırsaq, artıq, olanlar, qastrit, mədəsində, incəltdiyi, diqqətli, olmaları, edərkən, hamilələrin, uşaqlığı, etməməlidirlər, kəsir, dəyməsi, hallarında, Soyuq
BİZİ İZLƏYİN