• Zeytun yağının faydaları

Reseptin məlumatları Baxış sayı: 3 205

Tarix : 26-05-2017, 19:00

Bölmə : Faydalı bitkilər


Zeytun yağının saymaqla qurtarmayacaq qədər çox faydaları var. Amma biz bunlardan ən əsaslarını sizin diqqətinizə çatdırırıq.

1. Qandakı xolesterol miqdarına nəzarət edərək damar tıxanmasının qarşısını alır. Pis xolesterol olan LDL miqdarını azaldır, yaxşı xolesterol HDL-ni isə artırır. Beləliklə, ürək və damar sağlamlığına olduqca faydalıdır.

2. Zeytun yağı təzyiqin nəzarətdə saxlanmasında da mühüm rol oynayır.

3. Qan şəkəri səviyyəsinin aşağı endirilməsinə kömək edir. Beləliklə də diabet xəstələrinə çox faydalıdır.

4. Zeytun yağının tərkibində uşaqların inkişafında böyük əhəmiyyət daşıyan yağ turşuları ana südündə olduğu miqdardadır və bunlar uşaqların sümüklərini gücləndirir. Ana bətnində və doğulduqdan sonra da uşaqların beyninin, ümumiyyətlə sinir sisteminin inkişafında faydalı olduğu üçün hamilə və süd verən anaların zeytun yağını çox istifadə etmələri lazımdır.

5. Çox mühüm bir xərçəng dərmanı olan akulanın qığırdağından alınan "squalen" maddəsi zeytun yağında da bol miqdarda var. Zeytun yağı xərçəng riskini 50 faizə yaxın azaldır.

6. Zeytun yağı hüceyrələri qoruyur. Tərkibində olan "Oleiprine" adlı maddə sayəsində hüceyrələri xərçəngə qarşı qoruyur. Dəri və saç sağlamlığına faydalıdır.

7. Qastrit və mədə yarası xəstəliklərinə qarşı qoruyucudur. Mədənin turşuluğunu azaldır. Həzmi çox asan olduğuna görə qidaların bağırsaqlar tərəfindən daha yaxşı mənimsənilməsini və hərəkətini asanlaşdırır, qəbizliyin yaranmasına mane olur.

8. Öd kisəsində daş yaranması riskini azaldır, həzmi asanlaşdırır. Həmçinin, dalaqda da daş yaranmasının qarşısını alır, sarılığa və qaraciyər xərçənginə qarşı qoruyur.

9. Səhər yeməkdən əvvəl 1 və ya 2 yemək qaşığı zeytun yağını bir az su ilə qarışdırıb içmək xroniki qəbizliyə xeyir edir və babasilin müalicəsində faydalıdır.

10. Revmatizma, burxulma və əzələ zədələnmələri zamanı zeytun yağı sürtməklə ağrıları azalda bilərsiniz.
Etiketlər: Zeytun, azaldır, zeytun, faydalıdır, xolesterol, qoruyur, uşaqların, qarşı, asanlaşdırır, qarşısını, inkişafında, Beləliklə, mühüm, damar, sağlamlığına, olduğu, yaxşı, xərçəng, riskini, hüceyrələri
BİZİ İZLƏYİN