• Portağalın bilinməyən faydaları

Reseptin məlumatları Baxış sayı: 2 483

Tarix : 4-10-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Portağal şokolad və vanildən sonra ən çox sevilən 3-cü ləzzətdir. Dadlı olması ilə yanaşı portağalın sağlamlığımız üçün də bir çox faydaları var. Bu faydalar aşağıdakılardır:

Xərçəng üçün
Portağal dəri, ağciyər, döş, mədə və bağırsaq daxil olmaqla bir çox xərçəng növlərindən mualicədə olduqca təsirli bir meyvədir.

Böyrəklər üçün
Davamlı şəkildə portağal yemək böyrək xəstəliklərinin qarşısını alır və böyrəkdə daş yaranması riskini azaldır.

Qaraciyər üçün
Yaponiyada aparılan tədqiqatlara görə naringi və portağal yemək qaraciyər xəstəliklərinə qarşı mübarizəni gücləndirir. Bu da tərkibində olan karotenoidlər və A vitamini sayəsində olur.

Xolesterola qarşı
Lifli bir meyvə olduğu üçün portağal xolesterolu aşağı salmağa kömək edir.

Ürək sağlamlığı üçün
Potasiumun az olması aritmiyaya səbəb olur. Portağal potasium baxımından zəngin olduğundan ürək funksiyalarının tənzimlənməsində böyük rol oynayır.

Xroniki xəstəliklər
Sərbəst radikalları neytrallaşdıraraq hüceyrələri qoruyan C vitamini ilə zəngin olan portağal xroniki xəstəliklər üçün olduqca faydalı bir meyvədir.

İnfeksiyon xəstəliklər üçün
Portağalın tərkibində bol miqdarda olan polifenollar infeksiyalara qarşı qorunmaqda təsirli rol oynayır.

Qəbizlik üçün
Portağal həzm sistemini yaxşılaşdıraraq qəbizliyi aradan qaldırmağa kömək edir.

Görməni yaxşılaşdırır
Tərkibində olan A vitamini və karotenoidlər sayəsində portağal göz sağlamlığını qoruyur və daha yaxşı görməyinizi təmin edir.

Təzyiqə qarşı
Portağal qan təzyiqini taraz saxlamaqda olduqca təsirlidir.

Dəri üçün
Güclü antioksidant olan portağal sərbəst radikallara qarşı dərini qoruyur, hüceyrələrin ziyan görməsinin və yaşlanmanın qarşısını alır.
Etiketlər: portağal, Portağal, qarşı, olduqca, vitamini, xəstəliklər, tərkibində, qoruyur, təsirli, qarşısını, yemək, meyvədir, sayəsində, karotenoidlər, olması, kömək, zəngin, oynayır, infeksiyalara, olduğundan
BİZİ İZLƏYİN